AQTA əsassız cərimələr tətbiq edir? - CAVAB

AQTA əsassız cərimələr tətbiq edir? - CAVAB

Hazırda oxunan: AQTA əsassız cərimələr tətbiq edir? - CAVAB

12332

AQTA ictimai iaşə müəssisələrində həyata keçirdiyi monitorinqlər ilə bağlı son dövrlər səsləndirilən əsassız fikirlərə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva "Facebook" səhifəsində paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan İngiltərə və Bolqarıstandan gətirilən məhsula qadağa


Qurum rəsmisi  bildirib ki,monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur.

Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlararası tələblərin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında 6 nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb.

Əfsus ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.

İddia olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir.

Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir.

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yalnız qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilir.

Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO