"TV Musavat"ın Youtube kanalı hakerlərin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə musavat.com-a "TV Musavat"ın efir rejissoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.
O bildirib ki, saat 23 radələrində kanal qəfil haker hücumuna məruz qalıb. M.Türkmənin sözlərinə görə, bir neçə saniyə içərisində kanalın şifrəsi ələ keçirilib və hesabdakı videolar silinib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını bildirib. O qeyd edib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib və kömək istənilib.
Qeyd edək ki, kanalı ələ keçirənlərin kriptovalyuta fırıldaqçıları olduğu məlum olub. Hazırda "TV Musavat"ın adından biktoin məzmunu daşıyan veriliş yayımlanır. Veriliş məşhur milyarder İlon Maskın adından yayımlanır. Hakerlər "TV Musavat" kanalının adını dəyişərək "Tesla" qoyublar.
Onu da əlavə edək ki, hazırda "TV Musavat"ın İT mütəxəssisləri Youtube mərkəzi ilə əlaqə saxlayıblar. "TV Musavat" kanalının yenidən bərpa edilməsi ilə bağlı ciddi iş aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 02.03.2023
"TV Musavat" hakerlərin əlinə keçdi - Bütün videolar silindi, adı dəyişdi - FOTO
Hazırda oxunan: "TV Musavat" hakerlərin əlinə keçdi - Bütün videolar silindi, adı dəyişdi - FOTO
Hazırda oxunan: "TV Musavat" hakerlərin əlinə keçdi - Bütün videolar silindi, adı dəyişdi - FOTO
123313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.