Bəzi insanlar vərdişlərini sevsələr də, bir çoxları onlardan yaxa qurtarmağa çalışır, xüsusilə də, söhbət zərərli alışqanlıqlardan gedirsə. Elə insanlar da var ki, öz vərdişlərinə kor-koranə pərəstiş edirlər. Bu bürclər heç vaxt öz vərdişlərindən əl çəkmir, ya da əl çəkə bilmirlər.
Bizim.Media vərdişlərindən əl çəkə bilməyən bürclərin siyahısını təqdim edir.
Qız
Daima nizamlı həyat yaşamağa çalışan Qız bürcünün nümayəndələrinin günləri də bir-birinə bənzər olur. Sürprizləri sevməyən və yeniliklərdən həzz almayan qızlar öz vərdişlərinə sadiq qalmağa üstünlük verirlər. Onlar vərdişlərindən yayındıqda komfort zonalarından çıxdıqları üçün, buna getmirlər. Doğrudur, qızlar zərərli vərdişlərə o qədər də meyilli olmurlar. Lakin başladılarsa, əl çəkməyi də bacarmırlar.
Oğlaq
Qızlar kimi oğlaqlar da öz həyatlarını xüsusi qaydalar çərçivəsində yaşayırlar. Səhər yuxudan oyananda etdiklərindən tutmuş, yatmazdan əvvəl izlədikləri verilişlərə qədər hər şey daim eyni olur. Onlar üçün vərdişlər həyatlarının bir parçasıdır. Oğlaqlar istəsələr belə, vərdişlərindən imtina edə bilmirlər. Odur ki, Oğlağın dəyişməsi, demək olar ki, mümkünsüzdür. Oğlaqlar qızlardan fərqli olaraq, zərərli vərdişlərə meyilli insanlardır.
Şir
Yeniliklərə son dərəcə açıq olmasına baxmayaraq, bəzi sabit fikirlər var ki, şirlərin onlardan imtina etməsi mümkün deyil. Şirlər hər şeyin ən yaxşısını bildiklərinə əmindirlər. Zövqlərindən tutmuş, aludə olduqları alışqanlıqlara qədər həyatlarında hər şeyi standart saxlayan bu bürcün nümayəndələri, öz vərdişlərindən əl çəkmək üçün heç bir səbəb görmürlər. Əgər şirlər öz zərərli vərdişlərini göstəriş halına gətiriblərsə, tərgitmələri qeyri-mümkündür.
Dolça
Azad ruhlu dolçalar da vərdişlərini tərgitməkdə çətinlik çəkənlərdəndir. Xüsusilə də, ətrafındakı insanlar dolçalardan zərərli alışqanlıqlarından imtina etməyi tələb etsələr, dolçalar bunun əksinə gedəcəklər. Oğlaq və qızlardan fərqli olaraq, dolçalar vərdişlərindən imtina etməkdə problem yaşamırlar. Sadəcə olaraq, bunu etmək istəmədikləri üçün zərərli alışqanlıqlarla yaşamağa davam edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 02.03.2023
Zərərli vərdişlərini tərgidə bilməyən DÖRD BÜRC – Onlarda asılılıq yaradan SƏBƏB NƏDİR?
Hazırda oxunan: Zərərli vərdişlərini tərgidə bilməyən DÖRD BÜRC – Onlarda asılılıq yaradan SƏBƏB NƏDİR?
Hazırda oxunan: Zərərli vərdişlərini tərgidə bilməyən DÖRD BÜRC – Onlarda asılılıq yaradan SƏBƏB NƏDİR?
123244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.