BİZİM TƏQVİM: Bu gün Azərbaycan BMT-nin 181-ci üzvü olub

BİZİM TƏQVİM: Bu gün Azərbaycan BMT-nin 181-ci üzvü olub

Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Azərbaycan BMT-nin 181-ci üzvü olub

123232

2 mart 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Qeyd edək ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.

Bəs, 2 martda daha əlamətdar hadisələr baş verib?

1. 2 mart 1888-ci ildə Süveyş kanalının həm müharibə, həm də sülh dövründə bütün gəmilərə açıq olmasını nəzərdə tutan İstanbul müqaviləsi İngiltərə və Osmanlı imperiyasının aralarında olduğu 9 dövlət tərəfindən imzalayıb. 

2. Fantastik “Kinq Konq” filmi ilk dəfə 1933-cü ilin 2 martında Nyu-Yorkda nümayiş etdirilib.

3. 1956-cı ilin bu günü Afrikanın şimalındakı Mərakeş krallığı müstəqilliyini elan edib. Bu ölkə 1912-ci ilədək Fransanın protektoratı olub. 

4. 2 mart 1985-ci ildə Fransa Orly hava limanında ikisi Türk 8 nəfərin həlakı ilə nəticələnən bombalı hücumun günahkarı bir nəfərə ömürlük, 2 nəfərə isə 10-15 il arasında iş kəsildi. Bu qərarla erməni terror təşkilatı ASALA üzvləri ilk dəfə ağır cinayətə görə məhkum edildilər.

5. 2018-ci ilin bu günündı Bakı şəhərindəki Respublika Naroloji Mərkəzində yanğın baş verib. Yanğında xeyli sayda insan həyatını itirib, çoxlu adam yaralanıb.

2 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. 625-ci ilin mart ayının 2-də islam aləminin böyük simalarından bir Məhəmməd peyğəmbərin nəvəsi, imam Əlinin böyük oğlu Əli dünyaya göz açıb.

2. Azərbaycanlı tarixçi, şair Pənahəli xanın nəticəsi, görkəmli maarifçi Həmidə xanımın atası Əhməd bəy Cavanşir 1828-ci ilin məhz bu günündə anadan olub.

3. Azərbaycanın tanınmış kinorejissoru Rauf Kazımovski 2 mart 1976-cı ildə vəfat edib.

4. Azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər 2012-ci ilin məhz bu günündə dünyasını dəyişib.

5. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov 1960-cı ilin 2 martında dünyaya gəlib.

6. Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov 2 mart 2001-ci ildə dünyaya göz açıb. 

7. Tanınmış dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Əkbər Şeyxülislamovun xatirə günüdür. O, 1961-ci ilin bu günündə dünyasını dəyişib.

8. Türkiyə Milli Olimpiya Komitəsinin qurulmasına rəhbərlik edərək ölkənin olimpiadalarda təmsil olunmasını təmin edən təlimçi, idman idarəçisi və siyasətçi Səlim Sırrı Tarcan 1957-ci ilin 2 mart tarixində həyatını itirib.  O, Egey bölgəsindəki Zeybək rəqsini İstanbula və bütün Türkiyəyə tanıdıb.

9. 2005-ci ilin məhz bu günündə tanınmış jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO