Etiraz edən tibb işçilərinin 2 aylıq maaşı VERİLDİ – RƏSMİ 

Etiraz edən tibb işçilərinin 2 aylıq maaşı VERİLDİ – RƏSMİ 

Hazırda oxunan: Etiraz edən tibb işçilərinin 2 aylıq maaşı VERİLDİ – RƏSMİ 

123218

Xəbər verildiyi kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edib.

İşçilər yerli mediaya şikayətlərində uzun müddətdir ki, maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, universitet rəhbərliyi etiraz edən tibb işçiləri ilə görüşüb və onların şikayətlərini dinləyib:

“Əsas şikayətləri maaşlarının 2 aydır almamaları ilə əlaqədardır. Dünən axşam isə elmi şura keçirilib. Şura nəticəsində xüsusi hal olaraq işçilərin hamısının 2 aylıq maaşı universitet büdcəsi tərəfindən ödənilib. Digər şikayətləri isə nəzarətə götürüldü. Etiraz edənlərlə görüşdə onların işdən çıxarılması ilə bağlı şikayət olmayıb. Tibb işçilərindən yalnız bir nəfər işdən çıxmaqla bağlı ərizə yazıb. Yəni məcburi bir şey olmayıb. Hazırda həmin məsələlərə baxılır və araşdırılır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO