Ağalı kəndinə köçürülənlər müayinə edilib

Ağalı kəndinə köçürülənlər müayinə edilib

Hazırda oxunan: Ağalı kəndinə köçürülənlər müayinə edilib

123139

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələri tibbi müayinələrdən keçirib.

Bizim.Media xəbər verir ki, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzində, Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Sabunçu Tibb Mərkəzində aparılıb.

Ümumilikdə 73 nəfərin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilib.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO