Vətən müharibəsindən sonra 68 min hektar ərazi minalardan TƏMİZLƏNİB 

Vətən müharibəsindən sonra 68 min hektar ərazi minalardan TƏMİZLƏNİB 

Hazırda oxunan: Vətən müharibəsindən sonra 68 min hektar ərazi minalardan TƏMİZLƏNİB 

123113

“İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumlar tərəfindən 68 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası zamanı bildirib.

V. Süleymanov qeyd edib ki, 82 mindən artıq partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Çıxışı zamanı o, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə malik layihələrin minalardan təmizlənməsi və əlaqəli şəkildə icra edilən bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO