Zaqatalada Od çərşənbəsi qeyd olunub - FOTO

Zaqatalada Od çərşənbəsi qeyd olunub - FOTO

Hazırda oxunan: Zaqatalada Od çərşənbəsi qeyd olunub - FOTO

123092

Bu gün axşam saatlarında Zaqatala şəhərinin mərkəzində-Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı qalanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tonqal ətrafında şəhid ailə üzvləri, qazilər, rayon rəhbərliyi və çox sayda ictimaiyyət nümayəndəsi bir araya gəlib.

Digər bölgələrdə olduğu kimi Zaqatala sakinləri də Od çərşənbənin ənənələrini yaşadır, tonqal qalayır, müxtəlif mərasimləri yerinə yetirirlər. Tonqal ətrafında yallı gedən sakinlər həmçinin müxtəlif nəğmələr də ifa edib.
Mərasimə gələnlər sırasında bayram xonçası hazırlayanlar da olub ki, bu nemətlər də iştirakçılara paylanıb.

İki saaat davam edən bayram şənliyində iştirakçılar daha sonra balaca tonqalın üzərindən adlayıb, niyyət ediblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO