Könüllülərimiz Türkiyədə minlərlə zərərçəkənə xidmət GÖSTƏRİB - FOTO

Könüllülərimiz Türkiyədə minlərlə zərərçəkənə xidmət GÖSTƏRİB - FOTO

Hazırda oxunan: Könüllülərimiz Türkiyədə minlərlə zərərçəkənə xidmət GÖSTƏRİB - FOTO

122948

Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək verir. 

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər Fondunun məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, türk xalqına yardım məqsədilə Azərbaycan gəncləri də könüllü kimi zəlzələ bölgəsində fəaliyyətini davam etdirirlər. 

Artıq üçüncü həftədir ki, fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər on minlərlə zərərçəkmiş şəxsə xidmət edirlər.

Eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstəkverici xidmətlər göstərirlər.

Həmçinin, könüllü gənclərimiz çörəkbişirmə və paylama məntəqəsində fəaliyyətə başlayıb, habelə ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər. 

Xüsusi vurğulamaq lazımdır ki, zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri ötən həftə də bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət ediblər.

Könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırıb, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərib, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil ediblər.

Həmçinin, gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulub və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO