Zaqatalalı gənc Xarkovda döyüşlərdə həlak oldu - FOTO

Zaqatalalı gənc Xarkovda döyüşlərdə həlak oldu - FOTO

Hazırda oxunan: Zaqatalalı gənc Xarkovda döyüşlərdə həlak oldu - FOTO

122916

Rusiyanın Tümen vilayətində yaşayan əslən azərbaycanlı, Zaqatalanın Suvagil kəndindən olan Amid Əhmədov səfərbərlik elan olunandan sonra döyüşlərə qatılıb. 

Bizim.Media-nın yerıi bürosuna bu barədə Amid Əhmədovun yaxın qohumu Samid Səmədov məlumat verib.   

“Ailə uzun illərdir Tümen vilayətində yaşayır. Demək olar ki, orada büyüyüb boya-başa çatıblar. Evlənib və bir qız övladı var” - deyən Samid Səmədov əlavə edib.
Onun sözlərinə görə, Amid 1989-cu il təvəllüdlüdür. 

Ötən ilin sentyabrında Rusiyada səfərbərlik elan olunanda Amid də xidmətə çağırılıb. Tank qoşunlarında bir müddət təlim keçdikdən sonra Ukraynanın Xarkov vilayəti ətrafında döyüşlərə qatılıb. Son döyüşlərdən birində isə həlak olub. 

Hazırda onun nəşinin Azərbaycana gətirilməsi və ata yurdu Zaqatalanın Suvagil kəndində dəfn olunması istiqamətində iş aparılır. 

Qeyd edək ki, 34 yaşlı Amid Əhmədov Zaqatalanın Lahıc kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun dayısı oğldur. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO