Samir Şərifov İİB Qrupunun prezidenti ilə GÖRÜŞDÜ  

Samir Şərifov İİB Qrupunun prezidenti ilə GÖRÜŞDÜ  

Hazırda oxunan: Samir Şərifov İİB Qrupunun prezidenti ilə GÖRÜŞDÜ  

122863

Fevralın 27-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə İİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri, fiskal dayanıqlılıq, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində prioritet layihələr və bu istiqamətdə bankın fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. 

Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. 
Ötən il Azərbaycanla bank arasında əlaqələrin 30-cu ildönümünün qeyd olunduğunu bildirən Samir Şərifov ölkəmizin İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, bankın özəl sektorun inkişafı istiqamətində Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. 

Tərəflər tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO