“Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ

“Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ

Hazırda oxunan: “Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ

122851

Mustafa Sevənin 44 yaşı var. O da digər qonşuları kimi çadırda məskunlaşıb. Üç qız iki oğlan olmaqla 5 uşaq atasıdır. Deyir ki, əvvəllər bir neçə gün küçədə qalmalı olublar. Sonradan qohumları yaşayan çadıra köçüblər. Bir neçə gün iki ailə bir çadırda qalıblar. Ancaq 14 yaşlı böyük qızı Leyla Seven anadan gəlmə əlil olduğu üçün sosial xidmətlər mərkəzi ailə üçün başqa çadır qurub. Əşyaları və yaşamaq üçün demək olar ki, çox şeyləri yoxdur.

Mustafanın ailəsində əlil uşağın olması onun çətin şəraitini biraz da ağırlaşdırır. Ancaq o da digər vətəndaşlar kimi səbirlə gözləyir. İndi o həm yemək növbəsində durur, həm də xəstə övladının və ailəsinin müəyyən qayğıları ilə maraqlanır: 

"Leyla ilk övladımdır. Ana bətnində olanda həkimlər uşağın əngəlli dogulacagını bildirdilər. Təklif etdilər ki, uşağı tələf etsinlər. Razı olmadım, Allahın rəva bildiyi paydır, dedim. Nə qədər ki yaşayıram bütün qayğılarını çəkəcəm. Digər dord övladım kimi, o da mənə Allahın əmanətidir", - deyir. 

Onun məskunlaşdığı Orman dairəsində xeyli sayda çadr qurulub. Evləri zərər görən hər kəs ehtiyaclar içindədir. Mustafagilin də evi zərər görüb: 

"Zəlzələdə evimiz zərər görüb. Bu səbəbdən evə getmək olmur. Bütün əşyalar evdə qalıb. Gedib nəsə götürməyə icazə yoxdur. Götürsəm belə o əşyaları burada istifadə edə bilməyəcəm. Ona görə də evə getməyin mənası yoxdur". 

Ailə yalnız evdə saxladıqları quşları çıxara biliblər. Canlıdır evdə qalıb acından ölərdi, deyib yalnız əyinlərindəki paltarı bir də quşlar olan qəfəsi götürüb: 

"Qəfəsi orada qoya bilməzdim. Evimdə yaşayan bütün canlılara görə mən cavabdehlik daşıyıram. O səbəbdən quşları da götürdüm. İkinci gecə çöldə qalanda qəfəsin yanına daha bir quş gəldi. Onu da qəfəsə saldım. Ac olduq, ac qaldılar, yedik, yedilər". 

Onların sözlərinə görə, Leylanı sakit saxlayan iki şey var, bir televizora baxmaq, bir də həmin quşları seyr edib onlarla oynamaq. Leyla isə nələrin baş verdiyini anlayacaq qədər zəkalı deyil. Ancaq ailənin ilki olduğu üçün valideynlərinin ən sevimlisidir. Onun digər qardaş-bacıları da Leylanı valideynləri kimi çox sevir, ona qayğı göstərirlər. 
Çadrlarda yaşayan ailələrin evə dönməsinə isə hələ altı ay zaman lazım olduğu bildirilir, o da təkrar zəlzələ olmasa...




Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO