Ödənişli TORBALAR – Biz niyə pul verib mağazaları reklam etməliyik?

Ödənişli TORBALAR – Biz niyə pul verib mağazaları reklam etməliyik?

Hazırda oxunan: Ödənişli TORBALAR – Biz niyə pul verib mağazaları reklam etməliyik?

122840

Fevralın 15-dən etibarən ticarət şəbəkələrində polietilen torbalar alıcılara pulla satılır. Bu layihəni ekoloji problemlərlə bağlasalar da hələlik məntiqi bir nəticə yoxdu.

Baxmayaraq ki, Bizim.Media olaraq biz təklif etmişdik ki, bu torbalardan qazanılan torba-torba pul Azərbaycnda ekologiyanın saflaşdırılmasına xərclənsin.
 

MÖVZU İLƏ BAĞLI:

Polietilen torbalar ÖDƏNİŞLİ OLDU – “ETSN-in apardığı işdə bir səhv var”


Təklifimiz heç bir dəstək almadı, qazanc yenə də axır ticarət obyektlərinin sahiblərinin cibinə.

Amma bu işin başqa bir maraqlı tərəfi var. İsteklahçılara pulla satılan torbaların üzərində ticarət şəbəkəsinin və yaxud hansısa şirkətin reklamı yerləşdirilir. Bu da birbaşa istehlaçıların hüquqlarını pozur. 

Əgər “Arzamarket”, “Bolmart”, “Qrandmarket”, “Obamarket” və digərləri özlərini reklam edirlərsə, niyə reklam xərclərini istehlakçının üzərinə qoyurlar? 

Məsələ ilə bağlı reklam üzrə ekspert Cahid Həsənovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o polietilen torbaların pulla satılmasını ekoloji deyil, sırf kommersiya layihəsi olduğunu dedi:

“Məntiqsizlikdir ki, pulnan olanda polietilen torba az istifadə ediləcək. Marketdən 2 kiloqramdan artıq nəsə alanda məcbursan 2-3 torbadan istifadə edəsən. Və məcbursan əlavə 10-15 qəpik ödəyəsən. Ən pisi də odur ki, ticarət şəbəkələri istehlaçıların hüquqlarını pozur. Onlara seçim imkanı vermir. Məcbur edir ki, onun reklamı olan torbaları pulnan alasan. Belə praktika dünyanın heç yerində yoxdur”.

Ekspert bu sahədəki Beynəlxalq təcrübəni də dilə gətirib: 

“İnkişaf etmiş ölkələrdə istehlaçlya təqdim edilən torbanın üzərində hansısa reklam varsa, o hökmən pulsuz verilir. Üstəlik, bu torbalar çox zaman ekoloji təmiz məhsullar olur. Məsələn, kağız, tor və digər torbaları istehlaçıya pulla satanda alıcı incimir. Yaxşı olar ki, bu məsələyə kanseptual yanaşılsın. Madam daşıyıcı qablar pulladırsa onda yeni formalar tapılmalıdır.
Beynəlxalq praktikada var ki, iri reklamverici şirkətlər ekoloji təmiz qabların üzərinə özlərinin reklamlarını yerləşdirirlər. Və bu torbaları da ticarət şəbəkələrinə pulsuz paylayırlar. Nəticədən həm reklamverici şirkət, həm ticarət şəbəkəsi, həm də istehlakçı razı qalır. Mənə elə gəlir ki, bu məsələnin üzərində düşünmək lazımdır. Bu reklam bazarına həm də yeni nəfəs gətirər. Üstəlik, ekoloji təmiz torbalar evlərimizə qədər gələr. Amma inzibati yolla heç bir uğur qazanmaq mümkün deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO