İngiltərə epidemiyanın 3-cü dalğası ərəfəsində, bəs AZƏRBAYCAN? – ekspertdən CAVAB

İngiltərə epidemiyanın 3-cü dalğası ərəfəsində, bəs AZƏRBAYCAN? – ekspertdən CAVAB

Hazırda oxunan: İngiltərə epidemiyanın 3-cü dalğası ərəfəsində, bəs AZƏRBAYCAN? – ekspertdən CAVAB

12283

Ötən ay Azərbaycanda yoluxma sayının azalması ilə bağlı ümumtəhsil müəssisələrinin ənənəvi qaydada fəaliyyəti, şəhər və rayonlararası nəqliyyatın bərpa edilməsi, bərbər və gözəllik salonlarının fəaliyyətə başlaması kimi yumşalmalar olub.

Cəmiyyəti karantin rejiminin yenidən sərtləşməsi və 3-cü dalğa ilə bağlı suallar maraqlandırır. 

Məsələyə aydınlıq gətirmək üçün Bizim.Media Tibb elimləri üzrə fəlsəfə doktoru, dosent Zeyqəm Süleymanovun fikirlərini öyrəndi. Ekspert bildirdi ki, “bizim ölkədə birinci dalğa zəiflədi, ardınca epidemiyanın ikinci dalğası gəldi:

 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun 3-cü dalğası gəlirmi?


“Əgər bir infeksiya epidemiya şəklində yayılırsa, yəni ölkə əhalisinin böyük bir qismi yoluxa bilirsə, epidemiya da artır. Covid-19 dalğaları yoluxmanın artıb-azalmasından asılıdır. Bu problemin başlanğıcı, pik nöqtəsi, bir də onun getdikcə sönmə nöqtəsi var".

"Əgər proses sönmədən, ikinci şiddətli bir artım yaranarsa, buna epidemiyanın ikinci dalğası deyilir". 

Epidemiya pik nöqtəsinə çatdıqdan sonra sönməyə doğru gedir, sönmə baş vermədən təkrar alovlanmaya ikinci dalğa deyilir, hazırda müxtəlif ölkələr ikinci dalğanı yaşayır, bəzi ölkələr isə üçüncü dalğa ərəfəsindədir. Bu, ayrı-ayrı ölkələr üçün müxtəlif zamanlarda baş verir. Ona görə də bütünlükdə pandemiyanın ikinci dalğası demək düzgün deyil.

Yəni, dünya pandemiya vəziyyətindədir, sadəcə olaraq epidomoloji vəziyyətdə dəyişiklər, dalğalar baş verir. İngiltərə epidemiyanın artıq üçüncü dalğası ərəfəsindədir. 

"Ola bilsin ki, başqa ölkədə birinci dalğa bitməmiş olsun, əgər aparılan ümumi tədbirlər yetərli olarsa, epidemiya müxtəlif ölkələrdə müxtəlif dalğalarda da sona çata bilər. Amma buna ehtimal azdır, ölkəmiz də üçüncü dalğanı yaşamalı olacaq. Ümid edirəm ki, daha yüngül şəkildə bunu adladarıq”.

Əksər həkimlər, bütün insanlar ümid edir ki, yoluxma artmaz və yenidən sərt karantinə ehtiyac qalmaz. Bu gün üçün isə əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsi və peyvəndlənmədir.

Gül Qədirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO