"Direktor və müəllimlərin seçki prosesində iştirakı qanun pozuntusu deyil" - NAZİR

Hazırda oxunan: "Direktor və müəllimlərin seçki prosesində iştirakı qanun pozuntusu deyil" - NAZİR

122817

“Məktəb direktorlarının və ya müəllimlərin seçkilərə cəlb olunması məsələsində hər hansı qanun pozuntusu yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə nazirlik seçki orqanlarının tərkibini müəyyənləşdirmir:

“Baxışımız ondan ibarətdir ki, təhsil işçiləri orada çalışırsa və əməkhaqqısı saxlanılmaqla seçki proseslərində iştirakı mümkündür və bu, qanun pozuntusu sayılmır. Hətta bu, məntiqli görünür. Bu məsələdə əlbəttə ki, müəllimlərin və direktorların təşkilatçılıq arzusu, eləcə də qabiliyyəti də nəzərə alınır”, - deyə nazir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO