“Cəbrayıl enerji qovşağından min meqavata yaxın elektrik enerjisinin Avropa bazarlarına ixracı planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu "Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Mircəlal Hüseynov enerji qovşağının tikintisi ilə tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, 330 kV-luq Cəbrayıl Qovşaq yarımstansiyası Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək.
Stansiya yaradılan meqa layihələrin tələbatını qarşılamaq, Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq imkanı verəcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.
Bizim.Media
![Cəbrayıl enerji qovşağından Avropaya planlaşdırılan ixracın həcmi AÇIQLANDI Cəbrayıl enerji qovşağından Avropaya planlaşdırılan ixracın həcmi AÇIQLANDI](https://bizim.media/file/articles/2023/02/27/1677493138_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:18 / 27.02.2023
Cəbrayıl enerji qovşağından Avropaya planlaşdırılan ixracın həcmi AÇIQLANDI
Hazırda oxunan: Cəbrayıl enerji qovşağından Avropaya planlaşdırılan ixracın həcmi AÇIQLANDI
Hazırda oxunan: Cəbrayıl enerji qovşağından Avropaya planlaşdırılan ixracın həcmi AÇIQLANDI
122790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.