"Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar Zirvə Görüşü martın 16-da Türkiyədə baş tutacaq".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı bildirib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulan beynəlxalq təşkilatdır. Hazırda onun 5 (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) daimi, 3 (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) müşahidəçi üzvü var.
Bizim.Media