Dumana görə yollarda sürət həddi ENDİRİLDİ 

Dumana görə yollarda sürət həddi ENDİRİLDİ 

Hazırda oxunan: Dumana görə yollarda sürət həddi ENDİRİLDİ 

122728

Bakının əsas magistrallarında dumanlı hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO