Kürdə təhlükə - AMEA məlumat yaydı

Kürdə təhlükə - AMEA məlumat yaydı

Hazırda oxunan: Kürdə təhlükə - AMEA məlumat yaydı

12272

Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntıların miqdarı 10-15% azalıb.

Bizim.Media-nın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrində bildirilib. 

Qeyd olunub ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji halların sayı çoxalıb.

Ən böhran vəziyyət  Kür çayında müşahidə olunub, onun su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhvolma təhlükəsi yaranıb. 

Bildirilib ki, iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb,  günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunub və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib.

Yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO