Xocalı məktəbliləri anım gününü belə qeyd etdi - FOTO

Xocalı məktəbliləri anım gününü belə qeyd etdi - FOTO

Hazırda oxunan: Xocalı məktəbliləri anım gününü belə qeyd etdi - FOTO

122654

Şəki Dövlət Rəsm Qalereyasında  XX əsrin faciəsinə həsr edilən  “Xocalı harayı” adlı tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qalereyanın əməkdaşları, rayonun Çələbixan qəsəbəsində yerləşən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub.

Rəsm Qalereyasının direktoru İlahə Məmmədova və Xocalı şəhər 3 nömrəli məktəbinin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, erməni millətçilərinin taixin müxtəlif dövrlərində xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətindən danışıb.
Daha sonra məktəblilər soyqırıma həsr olunmuş bədii kompozisiya nümayiş etdirib, şeir söyləyib, səhnəcik göstərib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO