Bakıda “613” fləşmobu: Nə tarix, nə bizlər unutmadıq!

Bakıda “613” fləşmobu: Nə tarix, nə bizlər unutmadıq!

Hazırda oxunan: Bakıda “613” fləşmobu: Nə tarix, nə bizlər unutmadıq!

122650

"Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində ümumilikdə paytaxtdan olan 3 minə yaxın tələbənin iştirakı ilə “613” fləşmob keçirilib.

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya bildirilib ki, fləşmobun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

“Nə tarix, nə bizlər unutmadıq!” şüarı ilə reallaşan fləşmobda tələbələrdən ibarət formalaşdırılan “613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını göstərib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO