Xocalı soyqırımının 31-ci ildönümü belə yad edilir - FOTOREPORTAJ

Xocalı soyqırımının 31-ci ildönümü belə yad edilir - FOTOREPORTAJ

Hazırda oxunan: Xocalı soyqırımının 31-ci ildönümü belə yad edilir - FOTOREPORTAJ

122631

Bu gün XX-ci əsrin, Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür.

31 ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Ona görə də artıq növbəti anım mərasimidir ki, xalqımız kədərlə yanaşı, qürur hissləri də keçirir.

Çünki şəhidlərimizin eləcə də Xocalı faciəsi qurbanlarının qanı yerdə alınmayıb. Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa edib.
Artıq ənənəvi olaraq hər il baş tutduğu kimi dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi xalqımız tərəfindən ziyarət olunur.

Səhər saatlarından başlayaraq minlərlə insan abidənin ziyarət edərək, düzərək qurbanlarının xatirəsini yad edir:

Bizim.Media ildönümündən hazırladığı fotoreportajı təqdim edir:









































Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO