Ombudsman Aparatında yeni yaradılan sektor nəyə xidmət edəcək?

Ombudsman Aparatında yeni yaradılan sektor nəyə xidmət edəcək?

Hazırda oxunan: Ombudsman Aparatında yeni yaradılan sektor nəyə xidmət edəcək?

12262

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılıb.

Sektor şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin təmin edilməsi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər hüquqlarının təmini ilə bağlı qaldırdıqları məsələlərin operativ həllinə töhfə verəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsinin ilk günlərindən zərərçəkmiş şəxslərə ünvanlanan psixoloji dəstək layihəsinin də icrasına başlanılıb və yeni formalaşdırılmış sektor tərəfindən bu istiqamətdə iş sistemli formada davam etdiriləcək.

 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman cənub regionuna səfər etdi - FOTO


Yeni yaradılan sektorun məqsəd və vəzifələri barədə informasiya verildiyindən Ombudsman Aparatının yeni fəaliyyət istiqamətini hüquq müdafiəçisi Sahib Məmmədov ilə dəyərləndirməyə çalışdıq. 

“SSRİ vaxtı hər yerdə bir elan vurulurdu ki, Böyük Vətən Müharibəsi (II Dünya savaşı) veteranları növbəsizdir. Belə elanlar olurdu. Rusiyada indi də qalıb.

Bu, o məqsədlə edilir ki, I və II Qarabağ müharibəsində iştirak etmiş şəxsləri daha operativ qəbul etsinlər və onların şikayətləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulandan daha tez qərarlar qəbul olunsun. 

Eyni zamanda görünür, ehtiyac duyan şəxsləri psixoloji və hüquqi yardımlara da yönəldəcəklər. Alqışlayıram. 

Bütün dövlət orqanlarında hansısa bir formada vətəndaş müraciətlərinə baxılması ilə bağlı qanunvericilikdən irəli gələn tələblər var. Bu işi sürətləndirmək üçün dövlət orqanlarında daha asanlaşdırılmış qəbulların təşkil olunması normaldır. 

Xüsusən indi müharibə təzə bitib, döyüşdən qayıdan qazilər və ya şəhid ailələrinin müraciətləri çox olur”, - deyə Sahib Məmmədov yeni yaradılan sektor barədə fikirlərini sona çatdırdı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO