Şəkidə Xocalı faciəsinin qurbanları anıldı - FOTO

Şəkidə Xocalı faciəsinin qurbanları anıldı - FOTO

Hazırda oxunan: Şəkidə Xocalı faciəsinin qurbanları anıldı - FOTO

122613

XX əsrin faciəsi olan Xocalı soyqırımından 31 il ötür. Bu qanlı faciənin ildönümü ilə bağlı Şəkinin idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Şəki şəhər icra hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 Fevral - Xocalı soyqırımı gününə həsr olunmuş tədbir baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı ilə bağlı mərkəzin foyesində təşkil olunmuş fotosərgi ilə tanış olub.

Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinin insanlığa qarşı ən böyük cinayət olduğu, bu soyqırım nəticəsində 613 nəfərin həyatına son qoyulduğu, 1275 dinc sakinin əsir götürüldüyü, 150 nəfər itkin düşdüyü bildirilib.

Vurğulanıb ki, Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib.

Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.

Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbirin sonunda Xocalı soyqırımı dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO