Bakı İcra Hakimiyyəti təqdimat gözləyir - Qazilərlə özəl yanaşma olacaq! 

Bakı İcra Hakimiyyəti təqdimat gözləyir - Qazilərlə özəl yanaşma olacaq! 

Hazırda oxunan: Bakı İcra Hakimiyyəti təqdimat gözləyir - Qazilərlə özəl yanaşma olacaq! 

12254

44 günlük savaş ərzində və atəşkəs barədə razılaşma qəbul olunandan sonra Quba Rayon İcra Hakimiyyəti timsalında əksər müvafiq qurumlar müharibə iştirakçılarını yaxşı işlə təmin edəcəklərini vəd edib. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkə və bəzi mənbələrdə yayılan məlumatlara görə, artıq Şamaxı və Masallı rayonlarında II Qarabağ müharibəsində qazi olmuş şəxslərin münasib işlə təminatı istiqamətində müəyyən işlər görülür. 

 

MÖVZU İLƏ BAĞLI:

"YAŞAT" bir qazini və üç şəhidin ailə üzvlərini əməliyyat etdirib - FOTOLAR


Azərbaycan paytaxtı Bakıda da bu istiqamətdə işlərin görüldüyü barədə informasiya toplamaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Soruşduq ki, qazilərin yaxşı vəzifələrə təyin edilməsi ilə bağlı təşəbbüs Bakıda da varmı? 

Bakı şəhəri İcra Hakimiyyətindən saytımlıza məlumat verildi ki, “bəli, bununla bağlı şöbə yaradılıb və bu günlərdə təqdimatı olacaq”.

Şöbənin təqdimatından sonra fəaliyyəti barədə oxucuları məlumatlandıracağıq.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO