Xocalı abidəsinə ümumxalq ziyarəti başlayıb - VİDEO 

Xocalı abidəsinə ümumxalq ziyarəti başlayıb - VİDEO 

Hazırda oxunan: Xocalı abidəsinə ümumxalq ziyarəti başlayıb - VİDEO 

122527

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Xətai rayonu ərazisində yerləşən Xocalı abidəsinin ümumxalq ziyarəti artıq bu gün səhər saatlarından başlayıb. 

Bizim.Media xəbər verir ki, şəhər sakinləri, məktəb kollektivləri, təşkilat və ictimai birliklər təmsilçiləri abidə ətrafına gələrək soyqırımda şəhid olan insanların xatirəsinə ehtiramlarını bildirirlər.

Qeyd edək ki, Xocalı abidəsinin ətrafında ümumxalq ziyarəti ilə əlaqədar hazırlıq işləri bu gün səhər erkən saatlarında başa çatdırılıb. Yollar, səkilər yuyulub, abidə ətrafına güllər əkilib, dəmir məhəccərlər rənglənib. 
Sabah səhər saat 8:00 dan ümumxalq ziyarəti başlayacaq. Ziyarət bitənə qədər isə Xətai rayonu Xocalı prospekti və ona bitişik yollar avtomobillərin hərəkəti üçün bağlı olacaq. 

Əhməd Fikrətoğlu, Əfqan Bayramov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO