Avropa İttifaqının icraiyyə orqanı kimi fəaliyyət göstərən Avropa Komissiyası təhlükəsizlik tədbirləri çərçivəsində işçilərinə “TikTok” sosial media tətbiqinin istifadəsini qadağan edib. Bu çərçivədə Komissiya bütün əməkdaşlarına bildiriş göndərərək sözügedən tətbiqi şəxsi və ya korporativ cihazlardan silinməsini tapşırıb. Yaxın günlərdə Aİ-nin digər rəsmi qurumları olan Avropa Şurası və Avropa Parlamentinin də oxşar addımlar atacağı gözlənilir.
Nəzərə alaq ki, Tiktokdan istifadəni qadağan ilk təşkilat Avropa Komissiyası deyil. Buna qədər bəzi dövlətlər və təşkilatlar anoloji addım atıb.
Bəs, bizim ölkəmizdə “TikTok”un rəsmi orqanlarda işlədilməsinə qadağa qoyula bilərmi?
Məsələ ilə bağlı Millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Avropa Komissiyasından əvvəl bu məsələ ABŞ-da geniş müzakirə edilib:
“Bu platformanın etibarsızlığı və informasiyanın təhlükəsizliyi ilə bağlı narahatçılıq əsas gətirilərək ABŞ-da Tiktokdan istifadənin məhdudlaşdırılması təklif olunur. İnformasiya təhlükəsizliyi bütün sosial şəbəkələrə aiddir. İndiki sosial şəbəkələrdə informasiyaların qorunması üçün heç bir təminat yoxdur”.
Deputat Azərbaycan üçün xarakterik olan digər məsələyə də toxundu:
“TikTokun Azərbaycandakı kontingenti bizim mənəvi-əxlaqi dəyərlərimizə əks mövqedə duran insanlardır. Bu platforma gənc nəslin tərbiyəsinə və əxlaqına çox pis təsir göstərir. Hətta azyaşlılar da çox asanlıqla bu platformaya daxil ola bilir. Halbuki, bunun üçün yaş həddi müəyyən edilib. İnsanlar istədikləri videonu asanlıqla TikToka yerləşdirirlər. Hətta təxribat xarakterli informasiyalara da rast gəlinir. Bu da cəmiyyət və ölkə üçün çox təhlükəlidir.
Sosial şəbəkə üzərindən insanlar təhqir olunur, hansısa fikrinə görə linc edilirlər. Yəni, bu platformada insanın şərəf və ləyaqətinin qorunması mümkün deyil. Bu cür zərərli platformalara nəzarət mexanizmi olmalıdır. Bizim ölkəmizdə də bu barədə düşünməyin və hansısa qərarın qəbul edilməsinin vaxtı artıq çatıb”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 25.02.2023
"Azərbaycanda TikTok kontenti əksər hallarda mənəvi-əxlaqi dəyərlərimizə zidd olur" – Elşad Mirbəşiroğlu
Hazırda oxunan: "Azərbaycanda TikTok kontenti əksər hallarda mənəvi-əxlaqi dəyərlərimizə zidd olur" – Elşad Mirbəşiroğlu
Hazırda oxunan: "Azərbaycanda TikTok kontenti əksər hallarda mənəvi-əxlaqi dəyərlərimizə zidd olur" – Elşad Mirbəşiroğlu
122525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.