Azərbaycanda ən yaşlı məmur kimdi, BİLİRSİNİZ? - ADLAR

Azərbaycanda ən yaşlı məmur kimdi, BİLİRSİNİZ? - ADLAR

Hazırda oxunan: Azərbaycanda ən yaşlı məmur kimdi, BİLİRSİNİZ? - ADLAR

122513

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 70 yaşı tamam oldu. O, 23 fevral 1953-cü ildə anadan olub. Nəzərə alaq ki, Məleykə xanım pensiya yaşı ötmüş məmurlar siyahısında tək deyil. 

Bəs, pensiya yaşı ötmüş daha hansı məmurlarımız var?

Bizim.Media pensiya yaşı keçmiş yüksək vəzifəli məmurların siyahısını hazırlayıb.

İstənilən məmur cəmiyyətdə maraqla izlənilir. Məmurun təkcə əmək fəaliyyəti deyil, şəxsi həyatı da hər zaman diqqət mərkəzində saxlanılır. Bu mənada yaşlı və böyük həyat yolu keçmiş məmurlarımız da hər kəsin maraq dairəsindədir. 

Bizim.Media bu marağı nəzərə alaraq pensiya yaşı keçmiş yüksək vəzifəli məmurlarn siyahısını təqdim edir.

1. Baş nazirin Birinci müavini Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə anadan olub. 78 yaş

2. Baş nazirin müavini Əli Əhmədov 27 yanvar 1953-cü il təvəllüdlüdür. 70 yaş.

3. Baş nazirin müşaviri Əhməd Əhmədzadə 7 yanvar 1945-ci ildə dünyaya gəlib. 78 yaş.

4. Baş nazirin müşaviri Elman Rüstəmov 29 iyun 1952-ci ildə anadan olub. 71 yaş.

5. AZAL-ın prezidenti Cahangir Əsgərov 11 iyul 1950-ci ildə doğulub. 73 yaş.

6. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 1946-cı ildə dünyaya gəlib. 77 yaş.

7. Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci il yanvarın 7-də anadan olub. 73 yaş.

8. AMEA-nın prezidenti İsa Həbibbəyli 16 oktyabr 1949-cu il təvəllüdlüdür. 74 yaş. 

9. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə anadan olub. 70 yaş.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO