Xəzərdə güclü dalğa - Gəmilərin fəaliyyəti dayandırılıb

Xəzərdə güclü dalğa - Gəmilərin fəaliyyəti dayandırılıb

Hazırda oxunan: Xəzərdə güclü dalğa - Gəmilərin fəaliyyəti dayandırılıb

12247

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərinin hava şəraiti ilə bağlı fəaliyyətləri dayandırılıb”. 

Bu barədə Bizim.Media-ya qurumun mətbuat katibi Mehman Mehdiyev açıqlama verib. O bildirib ki, güclü külək və dalğanın hündürlüyünə baxmayaraq, təhlükə baş verməyib. Gəmilərin və işçilərin təhlükəsizliyi tam təmin edilib:

 

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatdı - Faktiki hava


“Hər şey qaydasındadır. Heç bir təhlükə qeydə alınmayıb. Bizə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları təhlükəsizlik tədbirlərini gücləndirib".

"Hava şəraitinə uyğun olaraq, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin olunub".

"Bu gün axşam saatlarında hava sakitləşəcəyi təqdirdə, yenidən öz fəaliyyətimizi bərpa edəcəyik”.

Qeyd edək ki, fevralın 17-i axşamdan Bakı və Abşeron yarımadasında şimal-qərb şimal küləyinin 28-30 m/s-dək güclənməsi, Xəzərdə dalğanın hündürlüyünü 7 metrə qədər yüksəldib.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO