91 il əvvəl tikilmiş məktəbin gənc direktorundan iddialı AÇIQLAMA: “Bunlar məni qorxutmur” 

91 il əvvəl tikilmiş məktəbin gənc direktorundan iddialı AÇIQLAMA: “Bunlar məni qorxutmur” 

Hazırda oxunan: 91 il əvvəl tikilmiş məktəbin gənc direktorundan iddialı AÇIQLAMA: “Bunlar məni qorxutmur” 

122399

"Mənim fikrimcə, müəllimlikdən, gələcəyimiz olan uşaqlarla işləməkdən gözəl peşə yoxdur. Bütün peşələr lazımlı və gözəl olsa da mən peşələr peşəsi olan müəllimliyi seçdim və artıq 11 ildir bu peşənin yolçusuyam. Bir neçə gündür ki, məktəb direktoruyam. Bu vəzifənin daha çox məsuliyyət tələb etdiyini, indi uşaqlarla daha çox işəməli olduğumu, onların daha yaxşı oxuması üçün çoxlu işlər görəcəyimi güman edirəm".

Bizim.Media-ya bu sözləri şəhid Elxan Güləliyev adına Qusar şəhər 2 saylı tam orta məktəbə bir neçə gündür direktor təyin olunmuş 33 yaşlı Günel Hacıyeva deyib:

“Elm və Təhsil Nazirliyinin vakant direktor yerlərinə elan etdiyi müsabiqəyə qatıldım. Qusar şəhəri üzrə müsabiqədə  müəllimlər arasında ən yüksək - 39 bal toplayıb bu vəzifəyə təyinat alıdım. Hiss edirəm ki, çox ağır yükün altına girmişəm. 1460 nəfər şagirdin təlim-tərbiyəsilə məşğul olan pedaqoji kollektivə rəhbərlik etmək həm çox şərəfli həm məsuliyyətli, həm də çətindir. Yeni kollektivlə tanış olub hər birinin tədrisə fərdi münasibətini bilməli və onlara  cavabdeh olmalıyam. Amma, bunlar məni qorxutmur. Əvvəlki direktor 6 ay əvvəl təqaüdə göndərilib. Bir sıra problemlər yığılıb qalıb, onları həll etmək lazımdı”.

Yeni direktoru ən çox narahat edən şagirdlərin davamiyyətinin aşağı olmasıdır: 

"Gecə-gündüz çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Gənclik enerjimi problemlərin həll edilməsinə sərf edəcəyəm, yeniliklər də olacaq, təbii ki... Amma  qarşıda görəcəyim işlərlə bağlı açıqlama vermək istəmirəm. Mən məsul bir vəzifəyə öz bacarığımla gəlib çıxmışam. Bütün bu işləri tək yox, kollektivimizlə birgə görəcəyəm".

Qeyd edək ki, şəhid Elxan Güləliyev adına Qusar şəhər 2 saylı orta məktəbinin binası 1932-ci ildə inşa edilib. 91 əvvəl tikilmiş 620 yerlik bu məktəb də indi 1460 şagird təhsil alır. Məktəbdə tədris zamanı sıxlıq müşahidə edilir. Məktəb binasının qəzalı və köhnə olması da diqqəti ilk baxışdan cəlb edir. 
Yeni direktor isə bu barədə danışmaq istəmədi, dedi ki, başlamaq və iş görmək lazımdır, ardıcıllıqla hamısı yoluna qoyulacaq. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO