Mühüm ictimai-siyasi qərarların qəbul edildiyi ərəfədə ortaya çıxan bir çox dağıdıcı qüvvələr ideoloji-siyasi müstəvidə qarmaqarışıqlıq yaratmağa cəhd edirlər. Bu zaman onlar mənəvi dəyərləri də şirma kimi istifadə etməyə çalışırlar.
Amma bütün bunlarla yanaşı, sosial əxlaqa və ictimai asayişə zidd surətdə radikal addımlar da atmağa çalışırlar. Belə hallarda dərin mətləblərdən bixəbər kəsim onların təsiri altında özünə xətər yetirəcək emosianal vəziyyətə qədər gəlib çıxa bilir.
Hansı dəyərlər daha kövrəkdir?
Azərbaycan xalqının elə dəyərləri var ki, ona min illərdir sayqı-hörmət bəslənilib, bəzən bu mövzular ətrafında heç müzakirə açılmasına belə rəva görülməyib. Bu bizim təkcə vətəndaşlıq borcu deyil, həm də yaşam tərzimizdir. Bu, o dəyərlədir ki, həmişə uca tutulmalı və toxunulmaz qalmalıdır.
Həmin dəyərlərdən biri də Vətən, Torpaq uğrunda canlarından keçmiş insanları unutmamaq, onların xidmətlərini hər an xatırlamaq və gənc nəslə ən yaxşı şəkildə ötürməkdir. Ədalət naminə deyək ki, cəmiyyətimizdə təkcə şəhidlərimizə deyil, həm də qazilərimizə çox böyük sayğı var.
7-dən 77-dək hər kəs şəhidlərə hər zaman ehtiramını bildirir, qazilərimizə isə dəstək durur, onların problemlərinə həssaslıqla yanaşır. Amma şəhidlərimizin adını, qazilərimizinsə özlərini uca tutmaq təkcə cəmiyyətin və hər bir fərdin vəzifəsi deyil. Bu həm də şəhidin ailə üzvlərinin və qazilərin özlərinin başlıca borcudur. Gərəkdir ki, bu adamların adına heç bir halda kölgə salınmasın, bu müqəddəs addan korporativ maraqlar üçün istifadə edilməsin.
Çox təəssüf ki, bəzi məqamlarda belə hallarla da rastlaşırıq. Şəhid və qazi adından istifadə edərək bunu cəmiyyətə, qanun üsul-idarəsinə basqı kimi də yaralanan şəxslər az deyil. Ən pisi də odur ki, onlar bəzi “tələbləri” yerinə yetirilmədiyi halda maraqlı qüvvələrin alətinə çevrilir, dövlətçiliyə qarşı da istifadə olunurlar. Müxtəlif tezislər altında hərəkət edən belə adamların bəzən nə üçün istifadə edildiklərindən belə xəbəri olmur. Onların incə hislərinə toxunularaq, insan halından istifadə edilərək belə şəxsləri cəmiyyət üçün ziyan verə biləcək vəziyyətə qədər gətirə bilirlər.
Polad Həşimovun ruhunu narahat edənlər
Son günlər sosial şəbəkələrdə Milli Qəhrəman, xalqımızın igid oğlu, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın belə oyunlara gətirildiyini görürük. Onun adından həbsdə olan Bəxtiyar Hacıyevlə bağlı hansısa çağırışlar səsləndirilir. Bunun nə qədər dəqiq olduğunu deyə bilmərik, amma görünən odur ki, hansısa mənviyyatsız qruplar bu ananın dövriyyədə bu şəkildə görünməsində maraqlıdır.
Təbii ki, polad iradəli Polad Həşimov kimi ləyaqətli bir övladı dünyaya gətirən, ona tərbiyə verən bir ana tarix boyu ən böyük hörmətə və ehtirama layiqdir. Hər zaman bu Ana qarşısında baş əyəcəyik, məqamını uca tutacağıq. Amma onun məcburi şəkildə hansısa proseslərə qoşulması, qanun qarşısında cavab verən biri barədə çağırış etməsi heç cür anlaşılan deyil. Bəlkə də o Ana heç elə bir çağırış etməyib. Ola bilsin ki, aldadılıb, analıq hissinə toxunaraq onu da bu işə alət etməyə çalışıblar. Ən azından cəmiyyəti dilemma qarşında qoymaqla tərəf seçməyə məcbur etməyə hədəflədiklər aydın görünür.
Onları kim dışlamalıdır?
Belə maneralara getmək, bu cür metodlardan istifadə etmək isə cəmiyyətdə ən üst dəyərlərin də zədələnməsinə səbəb olur.
Çünki, durmadan hüquqi dövlət arzusunu elan edən bir cəmiyyət üçün qanun qarşısında cavab verən birisi haqqında kimlərisə müdafiə xarakterli çıxışlara təşviq etmək, məcburiyyətdə qoymaq ən azından bu arzunun da çin olmasına imkan vermir. Bu ağacın budağında oturub, oturduğun budağı kəsmək kimi bir şeydir.
Bütün mübarizələrin sivil yolu var. Şəhid ailəsini, qaziləri hansısa iyrənc oyuna cəlb eləmək milli-mənəvi deqredasiyaya aparmaqdan başqa bir işə xidmət etmir. Fikrimizcə, belə insanları cəmiyyət özü də dışlamalı, onu öz bətnindən xaric etməlidir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 24.02.2023
Hüquqi dövlət tələb edənlərin QANUNSUZLUĞU – Müqəddəs dəyərləri kim alətə çevirir?
Hazırda oxunan: Hüquqi dövlət tələb edənlərin QANUNSUZLUĞU – Müqəddəs dəyərləri kim alətə çevirir?
Hazırda oxunan: Hüquqi dövlət tələb edənlərin QANUNSUZLUĞU – Müqəddəs dəyərləri kim alətə çevirir?
122388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.