Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu

Hazırda oxunan: Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu

12235

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bu barədə Bizim.Media-ya  Agentlikdən məlumat verilib. Bildirilir ki, daxil olan məlumatlara əsasən, Finlandiyanın Cənubi Finlandiya (Etelä-Suomen) və Çexiyanın Plzen (Plzensk) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkələrdən quş idxalına qadağa qoyuldu


Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Finlandiyanın Cənubi Finlandiya və Çexiyanın Plzen inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO