AMEA otaq çatışmazlığı məsələsinə aydınlıq gətirdi

AMEA otaq çatışmazlığı məsələsinə aydınlıq gətirdi

Hazırda oxunan: AMEA otaq çatışmazlığı məsələsinə aydınlıq gətirdi

12234

Tarix İnstitutunda aparılan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Tarix İnstitutuna yeni təyin olunan direktor Kərim Şükürov bu elm müəssisəsində struktur islahatları aparır: 

 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da otaq çatışmır - 8 şöbə ləğv olunur


“Aparılması təklfi olunan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil. Bu islahatlar Tarix İnstitutunun elmin müasir tələblər səviyyəsində qurulması və ölkə rəhbərliyinin tarix elmi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədini güdür".

"K.Şükürovun apardığı islahatlarla tanışam. Bu islahatlar institutun daha çevik, mobil, eyni zamanda tarix elminin aktual problemini həll etməyə imkan verən islahatlardır”.

İ.Həbibbəyli qeyd edib ki, institutda ixtisar edilməsi təklif edilən şöbələrin fəaliyyəti bir-birini təkrarlayırdı. Onların funksiyası yeni yaradılan şöbələrdə olması daha münasibdir. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO