Bakıda avtobuslarda cibgirlik edənlər silahla TUTULDU – FOTO/VİDEO

Bakıda avtobuslarda cibgirlik edənlər silahla TUTULDU – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda avtobuslarda cibgirlik edənlər silahla TUTULDU – FOTO/VİDEO

122308

Nəsimi Rayon Polis İdarəsinin 22-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev saxlanılıb. Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib. 
Faktlarla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO