Laçın yolundan 580-dən çox erməni əsilli şəxs KEÇİB

Laçın yolundan 580-dən çox erməni əsilli şəxs KEÇİB

Hazırda oxunan: Laçın yolundan 580-dən çox erməni əsilli şəxs KEÇİB

122307

Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını və orada monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası artıq 75 gündür davam edir.

Bizim.Media xəbər verir ki, aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Əldə etdiyimiz məlumata görə, bu günədək 585 erməni əsilli şəxsin aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb.

Onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərdən yararlanıblar. Hazırkı vaxtadək ərazidən ümumilikdə 3000-dək avtomobilin keçidi təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO