Bərdədən Bakıya qaçan qız axtarılır  -Foto

Bərdədən Bakıya qaçan qız axtarılır -Foto

Hazırda oxunan: Bərdədən Bakıya qaçan qız axtarılır -Foto

122301

Daxili İşlər Nazirliyi itkin düşmüş şəxslə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən  verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə polisə məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb.

İtkin düşmüş şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir.

Türkanə Mamedovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102”x9d Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO