“Təəssüflər olsun ki, Şarl Mişelin moderatorluğu ilə aparılan görüşlərdə 5 prinsip üzərindən sülh müqaviləsinin mətni razılaşdırlır. Lakin sonradan Rusiya və digər ölkələrin təsiri ilə danışıqlar prosesi yenidən uzadılır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
“75 gündür ki, ekoaktivistlərin aksiyası davam edir. Bir neçə gün öncə isə mövqelərimiz 15 dəfə atəşə tutuldu. Biz özümüz üçün iki məsələni həll etməliyik. Birincisi, Laçın yolunda nəzarət mexanizmini yaratmaq üçün Rusiya ilə danışıqlar intensivləşdirilməlidir. Yolda bizim gömrük və sərhəd-keçid məntəqələri qurulmalıdır.
İkincisi, Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı bəlli müddət var. Amma qanunsuz erməni silahlı birləşmələri hələ də ərazidədir. Onların ərazidən çıxarılması istiqamətində işlər sürətləndirilməlidir. Çünki vəziyyətin getdikcə kritik duruma gəlməsi göz önündədir”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 24.02.2023
“Qarabağda iki məsələ təcili həll edilməlidir” – Vahid Əhmədovdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Qarabağda iki məsələ təcili həll edilməlidir” – Vahid Əhmədovdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “Qarabağda iki məsələ təcili həll edilməlidir” – Vahid Əhmədovdan XƏBƏRDARLIQ
122295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.