Diqqət! - Mobil nömrələr vasitəsilə bank kartlarından oğurluq edilir - FOTO

Diqqət! - Mobil nömrələr vasitəsilə bank kartlarından oğurluq edilir - FOTO

Hazırda oxunan: Diqqət! - Mobil nömrələr vasitəsilə bank kartlarından oğurluq edilir - FOTO

12219

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-nin adından sui-istifadə etməklə hədəflərinə "WhatsApp" vasitəsilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, vətəndaşların artıq yerli nömrələrlə aldadılması Mərkəz tərəfindən daha öncəki yaydığı xəbərdarlığın sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır.

Belə ki, yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanılıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO