Əslində bu güclü cinsin günü də bir gün deyil... Sözün bir neçə mənasında buna ayaq qoya bilərik. Məndən olsa, burada bir pozuntu var. Keçək mətləbə...
SSRİ və sovetlər dönəmində "23 fevral" "kişilər" günü, “kişilər bayramı” kimi illərlə şüurlara yeridilib. Bu tarix 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Ordu ilk dəfə iştirak etdiyi döyüşdə Bismark ordusunun hücumunu dəf edə bilib.
Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda 1918-ci il 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar. Elə o gündən “kişilər günü” sovetlər birliyinin ənənəvi bayramına çevrildi. Amma 1991-ci ildə SSRİ-nin dağılması bu tarixi günü də arxada qoydu.
Hər halda müstəqillik əldə etmiş Azərbaycan üçün həmin günün heç bir əhəmiyyıti qalmadı. Amma hələ də o dövrün ideoloqları və tör-töküntülərinin düşüncəsində 23 fevral Azərbaycan kişilərinin də bayramı kimi qələmə verilir. Halbuki tarixə qovuşmuş bu günün məhz Azərbaycan kişilərinə aidiyyəti yoxdur.
Beynəlxalq kişilər günü də mövcuddur, lakin o, 23 fevralın və 8 Martın kölgəsində qalıb. Bu gün - noyabrın 19-da, Birləşmiş Krallıq da daxil olmaqla, 80-dən çox ölkədə qeyd olunur.
Baxmayaraq ki, BMT tərəfindən formal olaraq tanınmayıb.
8 Mart da Azərbaycanda sovet dövründən bəri qeyd edilir. Amma bu günün 23 fevraldan fərqi beynəlxalq statusa malik olması və həmin günün məhz qadınlara ithaf olunmasıdır ki, bu məsələdə kişilərin güzəştinə səbəb olub. Bəli, 8 Mart kişilər günündən daha geniş və təntənəli surətdə qeyd olunur.
Kişilərin isə qloballaşmış səviyyədə hansı günün onlara aid olduğu bəlli deyil. Kişilər günü gah 23 fevral, gah 9 may, gah 26 iyun, gah da 19 noyabrda qeyd olunur.
Qeyd etdiyimiz kimi 23 fevral sovetlər birliyinə aid bir məsələdir. 9 mayı Böyük Vətən müharibəsinin qələbə günü kimi, 26 iyunu isə Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd edirik.Üçüncü ildir ki, 8Noyabrımız var, amma o da xalqımızın QƏLƏBƏ aclığına bəs eləmir. Hamınınkıdır.
Gender bərabərliyi möveyindən çıxış etsək, kişilərə aid özəl günün yada düşməməsinə səbəb bir qədər də qadın hegemonluğu ilə əlaqədardır. Zərif cinsin nümayəndələri özlərinə xüsusi diqqət tələb edir və daim liderlilik prinsiplərindən çıxış etməyə çalışırlar.
Kişilər günündə kişilərin unudulmasının digər cavabı həm də çoxlarımızın Beynəlxalq Kişilər Günü kimi elan olunan 19 noyabrın mövcudluğundan xəbərsiz olmamızdır.
Elə kişilərin özəl günlərində onları diqqətdən kənarda qoymaq gender bərabərliyinin və insan hüquqlarının pozulmasıdır. Demək ki, pozulmuş bu hüququn bərpasına çalışmalıyıq...Nəticə odur ki, pozulmuş hüquqlar təkcə kişilərə deyil, qadınlara da aiddir. Xüsusilə milli məsələdə...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 23.02.2023
Kişilərin GÜNÜ – Pozulmuş hüquqlar təkcə QADINLARA AİDDİRMİ?
Hazırda oxunan: Kişilərin GÜNÜ – Pozulmuş hüquqlar təkcə QADINLARA AİDDİRMİ?
Hazırda oxunan: Kişilərin GÜNÜ – Pozulmuş hüquqlar təkcə QADINLARA AİDDİRMİ?
122181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.