Bəzi insanlar öz yöndəmsizliyinə görə daim gülünc və ya gülməli vəziyyətlərə düşürlər. Onlar gah nəyisə sındırıb, dağıdır, gah kiminsə ayağını tapdalayır, gah da lazımsız sözləri ilə özlərin gülməli duruma salırlar.
Bizim.Media öz yöndəmsizliyi ucbatından gülünc vəziyyətlərə düşmək ehtimalı başqalarına nisbətən daha çox olan bürcləri təqdim edir:
1. Oxatan
Dünyada oxatan bürcünün heç nəyi sındıra bilməyəcəyi təhlükəsiz bir yer və ya mütləq özünə heç nə etməyəcəyi bir məkan olduğunu düşünürsənsə, yanılırsan. Hətta öz evində də oxatan mütəmadi olaraq qəza keçirir. Buna görə də bədənlərindən yara və qançır izləri əksik olmur. Mətbəxdə daim hansısa qabı sındırır, yaxud bıçaqla özlərini yaralayırlar. Yaxud yol gedərkən ayaqlarının çuxura düşməsi və ya yıxılmaqları artıq təəccüb belə doğurmur.
2. Balıqlar
Küçədə kimsə öz diqqətsizliyinə görə üzr istəyən görürsünüzsə, çox güman ki, o balıqlar bürcü altında doğulmuş bir insandır. Onlar maksimum diqqətli olmağa çalışır, lakin nadir hallarda uğur qazanır. Qohum-əqrəba bunu bildiyi üçün bəzən balığın yöndəmsizliyinə fikir vermir, bəzən də bunu təbii qəbul edirlər. Köçürülmə və ya yerdəyişmə zamanı kimsə güzgü və ya sevimli vazanı köçürməli olsa, onu balığın öhdəsinə buraxmayın. Onlar ehtiyatlı davranmağa çalışsalar da, nəticə ürəkaçan olmayacaq. Balıqlar həmişə öz yöndəmsizliyinə görə çox utanırlar. Ona görə də onları qınamayın, onların günahı yoxdur.
3. Xərçəng
Xərçəng isti çayı tökmür, ya da öz ayağı dolaşıb yıxılmır, amma tez-tez yersiz bir şey deyir və ümumiyyətlə, çox danışmağı xoşlayır. Məsələn, xərçəng bürcü öz sevgilisinin yanından köhnə partnyoru haqqında danışıb, asanlıqla özünü çıxılmaz vəziyyətə sala bilər. Yaxud da, iş toplantısında anidən özəl məsələrdən söhbət açıb, insanları təəccübləndirməyi bacarırlar. Lakin onlar bunu qəsdən etmirlər, yalnız sözü dedikdən sonra səhvlərini başa düşürlər.
4. Əkizlər
Əkizlər həyəcanlananda yöndəmsizlikləri üzə çıxır. Əl-ayaqları bir-birinə dolaşır, tələsir, nə danışdıqlarını özləri də bilmirlər. Həyəcanlanmış əkizlərin edə bilməyəcəyi yöndəmsizlik yoxdur. Onlar belə vəziyyətlərdə əşyaları istəmədən qırıb-dağıda, yaxud deməməli olduqları nəyisə hər kəsə car çəkə bilərlər.
Məsələn, əkizlər aşiq olubsa, öz sevgisini etiraf edərkən bütün mimikalarını və jestlərini işə salıb gülünc duruma düşə bilərlər. Ya da anidən gözlənilməz xəbər alıb çayı üzərlərinə dağıtmaqları mümkündür.
5. Tərəzi
Tərəzi bürcünün həyatında hər unikal anın öz hekayəsi var. Onlar bəzən hətta inanması çətin olan ağlasığmaz həyat hekayələri ilə sizi şənləndirə bilərlər. Heç kimin başına gəlməyən yöndəmsizliklər, məhz onların başına gələ bilər.
Məsələn, öz toyuna gecikən, yaxud evlilik təklif edərkən üzüyü əlindən salıb itirən birinin hekayəsini duysanız, bilin ki, həmin şəxs tərəzi bürcünün nümayəndəsidir. Bu onlar üçün tamamilə normal haldır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 24.02.2023
Ən yöndəmsiz BÜRCLƏR – Kimlər hərəkətlərini idarə edə bilmir?
Hazırda oxunan: Ən yöndəmsiz BÜRCLƏR – Kimlər hərəkətlərini idarə edə bilmir?
Hazırda oxunan: Ən yöndəmsiz BÜRCLƏR – Kimlər hərəkətlərini idarə edə bilmir?
122177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.