2015-ci ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat məruzəsi dinlənilib.
18 fevral 2015-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 2015-ci ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilmişdir.İlk öncə Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilmiş, önünə tər güllər qoyulmuşdur.
Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki,hesabat ili Cəlilabad rayonu üçün bir çox əlamətdar hadisələrlə zəngin olmuşdur. Bunlardan ən mühümü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də rayonumuza tarixi səfəridir. 2003-cü ildən sonra 7-ci dəfə rayonumuzda olan cənab İlham Əliyev səfəri çərçivəsində Heydər parkında və Heydər Əliyev seyrəngahında yenidənqurma işləri ilə tanış olmuş, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun və Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışında iştirak etmiş, “Avanqard”x9d MMC-nin taxılçılıq təsərrüfatı ilə tanış olmuşdur.
Ötən dövr ərzində abadlıq və tikinti-quruculuq işləri rayon icra hakimiyyətinin fəaliyyətində əsas prioritet sahə olmuş, bir sıra sosial və istehsal təyinatlı obyektlərin tikintisi başa çatdırılmışdır.
İstifadəyə verilən ən mühüm obyektlərdən biri regionda anoloqu olmayan yeni Heydər Əliyev Mərkəzidir. İnşasına 2014-cü ildə başlanan və ümumi sahəsi 8800 kvadratmetr olan Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Orijinal üslubda inşa edilən və rayonun ümumi görünüşünə əlavə çalarlar qatan Mərkəz həm Ulu öndərin zəngin irsini və dərin dövlətçilik ənənələrini öyrənməyə imkan verir, həm də rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şərait yaradır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhərində inşa olunan hər biri 100 yerlik 2 körpələr evi-uşaq bağçası da ilin mühüm tikililərindəndir. Həmin ikimərtəbəli məktəbəqədər müəssisələr müasir mebel dəstləri ilə təchiz edilmiş, yataq və oyun otaqları balacaların zövqünə uyğun hazırlanmış, onların normal qidalanması üçün bütün tədbirlər görülmüşdür. Bundan başqa, hazırda Həzi Aslanov küçəsində daha bir 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülür.
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam
etdirilmişdir. Rayonumuzun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin sərəncamlarına əsasən ayrılmış maliyyə vəsaiti hesabına tikintisinə 2014-cü ilin mayında başlanan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılmışdır. Yolun ümumi uzunluğu 21 kilometr, eni isə 8 metrdir. Yola 130 min kvadratmetrlik
ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini əhatə edən yol 23 mindən çox əhaliyə xidmət göstərir. Yolun istifadəyə verilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı həmin kəndlərin inkişafında da mühüm rol oynayır.
Rayon mərkəzi ilə yanaşı digər yaşayış məntəqələrinin də abadlaşdırılması diqqət mərkəzində olmuşdur. Göytəpə şəhərində tikilən 30 min kvadratmetrlik Heydər Əliyev adına park-bulvar bu diqqətin təzahürlərindən biridir. Park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış, 2 artezian quyusu qazılmış, musiqili fəvvarə, müasir işıq dirəkləri və rahat oturacaqlar quraşdırılmış, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır. Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənmiş, yeni elektrik xətləri çəkilmiş, yaxınlıqdakı evlər və ictimai obyektlər abadlaşdırılmışdır. Burada sakinlərin istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülmüşdür.
Eyni zamanda daxili imkanlar hesabına Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulmuş, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilmiş, yeni bardurlar düzülmüş, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəkləri quraşdırılmışdır.
Bundan başqa, Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulmuş, prospektə 30 min kvadratmetr tamet döşənmiş, 20 min metr kabel çəkilmişdir. Prospektdə yerləşən bütün kommersiya obyektlərinin primitiv fasadları dəyişdirilmiş, eyni formada alkopan örtüklərlə üzlənmişdir. Həmçinin rayon prokurorluğunun və rayon elektruk şəbəkəsinin möhtəşəm binaları, habelə Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati bina və parkın tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə tikilən yeni yaşayış binası istifadəyə verilmişdir.
Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “Akkord”x9d Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində indiyədək 156 kilometr kanalizasiya və 198 kilometr su xətti, o cümlədən 2015-ci ildə 66,1 kilometr kanalizasiya və 103 kilometr su xətti çəkilmişdir. Küçələrə 69,5 min kvadratmetr çınqıl döşənmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9dnın həyata keçirilməsi nəticəsində sənaye və kənd
təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərə nisbətən artmış, nəzərdə tutulan tədbirlərin icrası təmin edilmişdir.
İl ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 4,9 dəfə, 2014-cü ilə nisbətən isə 28,1 faiz artmışdır. Rayon üzrə 5 milyon 224 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ildəkindən 8,3 dəfə çoxdur.
“Kənd təsərrüfatı ili”x9d olan 2015-ci ildə rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilmiş, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilmişdir. 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü ilə nisbətən 4,1 dəfə artmışdır. İl ərzində 234 milyon 552 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 112 milyon 825 min manatı və ya 48,1 faizi bitkiçiliyin, 121 milyon 727 min manatı və ya 51,9 faizi heyvandarlığın payına düşür. Həmin məhsulların 99,8 faizini özəl təsərrüfatlar təşkil edir.
Əlverişsiz hava şəraitinə baxmayaraq taxılçıların gərgin əməyi nəticəsində 66007 hektar dənli və dənli-paxlalı bitkilərin biçini başa çatdırılmış, hər hektardan 28,6 sentner olmaqla 188755 ton məhsul istehsal edilmişdir. Əkin sahəsinin 80,2 faizini buğda, 13,0 faizini arpa, 1,7 faizini vələmir, 4,4 faizini noxud, 0,7 faizini isə mərci təşkil edir. İstehsal olunan ümumi məhsulun 82,2 faizi buğdadan ibarətdir. Biçilən sahə 2014-cü illə müqayisədə 4584 hektar az olsa da hər hektardan məhsuldarlığın 9,6 sentner artırılması hesabına 54631 ton çox məhsul istehsal olunmuşdur. “Aqrolizinq”x9d ASC-nin Cəlilabad regional nümayəndəliyinin təşkilatçılığı
nəticəsində biçin optimal müddətdə başa çatdırılmış, heç bir itkiyə və yanğın hadisəsinə yol verilməmişdir.
Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında “Avanqard”x9d MMC-nin taxılçılıq təsərrüfatı yaradılmışdır. Əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərən və 1300 hektar torpaq sahəsi olan təsərrüfatda müasir texnologiyaların tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyunun qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğramasının qarşısının alınmasına və orta məhsuldarlığın azı iki dəfə artırılmasına şərait yaradılmışdır. Yeni təsərrüfat ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, xaricdən gətirilən yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə xidmət göstərir. Ötən il təsərrüfatda yazlıq qarğıdalı əkilmiş və hər hektardan 10 tondan çox məhsul götürülmüşdür. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılmışdır.
2015-ci ildə rayonda taxıl məhsulları ilə yanaşı 85681 ton kartof, 1175 ton tərəvəz, 254 ton bostan məhsulu, 4085 ton qarğıdalı, 1148 ton ton günəbaxan, 1705 ton şəkər çuğunduru, 1402 ton meyvə və 9850 ton üzüm istehsal olunmuşdur.
Heyvandarlıq sahəsində də müsbət dəyişiklik vardır. Hazırda rayon üzrə 99362 baş qaramal mövcuddur ki, onun da 50295 başı və ya 50,6 faizi ana inək və camışdır. Bundan əlavə, şəxsi təsərrüfatlarda 122933 baş davar və 862893 baş quş saxlanılır. Keçən il lizinq yolu ilə xaricdən 35 baş cins qaramal alınmış, həmçinin 2747 baş qaramal süni yolla mayalandırılmış, İl ərzində 23100 ton (keçən ildəkindən 3250 ton çox) ət, 82940 ton (keçən ildəkindən 4490 ton çox) süd, 354 ton (keçən ildəkindən 13 ton çox) yun və 41milyon 332 min ədəd (keçən ildəkindən 1 milyon 232 min ədəd çox) yumurta istehsal olunmuşdur. “Cəlilabad-broyler”x9d ASC tərəfindən isə əhaliyə 5318 ton yüksək keyfiyyətli quş əti satılmışdır. Rayonda heyvandarlıq və quşçuluq məhsullarının daha da artırılması üçün kənd əməkçilərinə hər cür şərait yaradılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkmək və yanacaq almaq üçün 2015-ci ildə 5 milyon 549 min manat yardım verilmişdir.
“Aqrolizinq”x9d ASC-nin regional nümayəndəliyi tərəfindən 1175 kənd təsərrüfatı məhsulları istehsalçısına güzəştli şərtlərlə 1317 ton azot, 2401 ton amofos, 649 ton kalium və 2779 ton müxtəlif torpaqaltı gübrə satılmışdır. Hazırda gübrə satışı davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2015-ci il tarixli 323 N-li qərarına əsasən əkinçilərə gübrələrlə yanaşı herbisidlər də güzəştli
qaydada satılır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və ərzaq bolluğunun yaradılmasına ciddi təsir göstərəcəkdir.
Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 528 min kubmetr kanal lildən təmizlənmiş, 22780 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda 36 hidrotexniki qurğu, 9 su nasosu, Gülməmmədli kəndində yeni nasos stansiyası, Göytəpə çayı və Cənub Muğan kanalının üstündəki körpülər təmir olunmuşdur.
2015-ci ildə Bakı şəhərinin Suraxanı rayonundakı satış-yarmarkada 35 adda müxtəlif kənd təsərrüfatı məhsulları satılmış və alıcılar tərəfindən razılıq hissilə qarşılanmışdır.
Rayon ərazisindəki meşələrin mühafizəsi və yeni yaşıllıqların salınması da rayon icra hakimiyyətinin xüsusi diqqət mərkəzində olmuşdur. Keçən il İDEA layihəsi çərçivəsində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə rayonun landşaftına uyğun olan 22500 ədəd ağac əkilmişdir.
2015-ci ildə sənayenin və kənd təsərrüfatının inkişafı nəticəsində işçilərin orta aylıq əmək haqqı yüksəlmiş, hər işçiyə düşən orta aylıq əmək haqqı 2003-cü ildəkinə nisbətən 7,4 dəfə çoxalmışdır. Ölkə rəhbərinin sərəncamlarına əsasən minimum əməkhaqqının və pensiyaların baza hissəsinin, eləcə də müxtəlif peşə
sahiblərinin əməkhaqqının orta hesabla 10 faiz artırılması da bu məsələyə müsbət təsir göstərmişdir. Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da özünü qabarıq şəkildə göstərmişdir. 2014-cü illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,1 faiz, pullu xidmət 4,2 faiz, məişət xidməti 4,0 faiz artmışdır. Eyni zamanda nəqliyyat xidmətinin səviyyəsi yüksəlmiş, il ərzində 67 min sərnişinə xidmət göstərilmiş, 7 kəndə yeni avtobus marşrutları açılmışdır.
Rayon icra hakimiyyəti sahibkarlığın inkişafına xüsusi diqqət yetirmiş, sahibkarların problemlərinin həllinə yaxından kömək göstərmişdir. İl ərzində kənd təsərrüfatı və kommersiya məqsədilə 16 sahibkara torpaq sahəsi ayrılmış, 19 obyektin tikintisinə icazə verilmişdir. “Cəlilabad-broyler”x9d, “Woodpecker”x9d, “Kristal”x9d, “Avanqard”x9d, “Cəlilabad şərab-2”x9d, “Namiq-94”x9d və digər özəl müəssisələrin məhsulları təkcə respublikamızda deyil, MDB ölkələrində də razılıqla alınır. Keçən il rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 17391 hüquqi və fiziki şəxsə 36 milyon 679 min manat məbləğində kredit verilmişdir. Sahibkarlara yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayon üzrə istehsal olunan ümumi məhsulun 98,0 faizi özəl sektorun payına düşür.
Rayonda tikinti-quruculuq işlərinin genişləndirilməsi, sənaye və aqrar sahələrin inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına müsbət təsir göstərmişdir. İl ərzində 1048 yeni iş yeri açılmışdır ki, onun da 247-si daimidir. Rayon məşğulluq mərkəzində qeydiyyata alınmış 633 işsizin 340-ı, o cümlədən 132 qadın daimi işlə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrası məqsədlə rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə xüsusi qərargah yaradılmış və “Qaynar xətt”x9d xidməti təşkil olunmuşdur. Rayonun sosial-iqtisadi inkişafına həlledici təsir göstərən sahibkarların fəaliyyətinin genişləndirilməsinə, rayonun potensialından maksimum istifadə edilməsinə, yerli istehsala söykənən layihələrə sərmayə yatırılmasına, kənd təsərrüfatı məhsullarının xaricə çıxarılmasına, işsizlərin ictimai işlərə cəlb olunmasına dair qərargaha daxil olan bütün təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunur. Həmçinin əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılır, müəssisə və təşkilatlarda mövcud olan boş yerlər haqqında dəqiq məlumatlar toplanır və müxtəlif peşə istiqamətlərində kadrlara olan ehtiyacı öyrənmək üçün sorğular keçirilir. Şübhə yoxdur ki, həmin tədbirlər nəticəsində rayonda biznes mühiti daha da sağlamlaşacaq, əmək qabiliyyətli əhalinin məşğulluğu təmin ediləcəkdir.
Hesabat ilində rayon icra hakimiyyəti aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini, ünvanlı sosial yardıma ehtiyacı olan
insanların müəyyənləşdirilməsini, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılmasını gündəlik nəzarətdə saxlamışdır.
2015-ci İldə rayon əhalinin sosial müdafiəsi mərkəzində 5 milyon 127 min manat sosial müavinət, 4 milyon 264 min manat isə ünvanlı sosial yardım ödənilmişdir ki, bu da hər ailəyə orta hesabla 1864 manat yardım deməkdir. Bu müddət ərzində 96 nəfər tək, tənha və kimsəsiz qocaya sosial-məişət xidməti göstərilmiş, 64 əlil təqaüdçü müalicə sanatoriyalarına göndərilmişdir.
İl ərzində DSMF rayon şöbəsi tərəfindən 24953 pensiyaçıya 45,9 milyon manat vəsait ödənilmişdir ki, bu da 2014-cü ildəkinə nisbətən 5,6 milyon manat çoxdur. İşləyən sosial sığorta olunanlara 695,3 min manat müavinət ödənilmişdir ki, bu da ötən ildəkindən 91,1 min manat çoxdur. Debitor borcu olan 916 təşkilatın bank hesabına 2699,3 min manat inkassa sərəncamı qoyulmuş və digər tədbirlər görülmüşdür. Pensiya islahatının mühüm tərkib hissəsi kimi bütün pensiyaların plastik kartlarla ödənilməsi təmin edilmiş və onların pensiyaçılara təqdim edilməsi müvəkkil banklara həvalə edilmişdir. Bu isə şöbədə vətəndaş-məmur təmasına son qoymuş, ehtimal oluna bilən bürokratçılığı və süründürməçiliyi aradan qaldırmışdır.
Həmişə olduğu kimi, 2015-ci ildə də məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi, 20 Yanvar və Çernobl əlillərinin sosial problemlərinə diqqətlə yanaşılmışdır. Əlamətdar günlərdə 20 Yanvar və Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüş keçirilmiş, şəhidlər üçün ehsan verilmiş, əlillərə maddi yardım göstərilmişdir. Rayonda faktiki məskunlaşmış 137 ailənin 96-sı təbii qazla və 46-sı içməli su ilə təmin edilmiş, 54 ailənin icarəsinə ödənişsiz 46 hektar torpaq sahəsi ayrılmışdır. Daxili imkanlar hesabına anadangəlmə şikəstlər Cəlal Əliyevə və Xanım Qənbərovaya Cəlilabad şəhərində müasir tipli ev tikilmiş, bir çox əlilin və kimsəsizin evi əsaslı təmir olunmuşdur.
Keçən il rabitə xidmətinin yaxşılaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, əsas iqtisadi göstəricilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
İl ərzində rayon telekommunikasiya qovşağı tərəfindən 344 abonentə yeni telefon xətti çəkilmişdir ki, bunun da 139-u kəndlərə aiddir. Sərhədabad, Şiləvəngə, Uzuntəpə, Privolnoye, Günəşli, Təzəkənd, Şabanlı və Cəlayir kəndlərində köhnə kabellər yenisi ilə əvəz edilmişdir. Abunəçilərin sürətli internetlə təmin olunması üçün Göytəpə şəhərində 2 ədəd 32 və 1 ədəd 128, Üçtəpə kəndində 128, Günəşli kəndində 48, Alar kəndində 32, Ağdaş, Cəlayir, Badamağac və Buravar kəndlərində 24 portluq DSLAM avadanlığı quraşdırılmışdır. Bununla da internet abunəçilərinin sayı 3274-ə çatdırılmışdır.
Cəlilabad poçt filialı ili mənfəətlə başa vuraraq ümumi taarif gəliri proqnozunu 105,6 faiz, pullu xidmət proqnozunu isə 106,6 faiz yerinə yetirmişdir.
Bank-maliyyə xidməti göstərilməsi üçün 21 poçt şöbəsində kompüter avadanlıqları quraşdırılmışdır.
“Azərişıq”x9d Səhmdar Cəmiyyəti yarandıqdan sonra əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Cəlilabad və Göytəpə şəhərlərində, Günəşli, Üçtəpə, Əliqasımlı, Uzuntəpə, Seyidbazar, Alar və Sərhədabad kəndlərində 21 ədəd yeni transformator quraşdırılmış, 25 kənddə 1312 ədəd dəmir dayaq bastırılmış və enerji təchizatının etibarlılığı yüksəldilmişdir. Bundan başqa, 150 abonentə yeni sayğac quraşdırılmış, 500 sayğac isə yenisi ilə əvəz edilmişdir.
Əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə Cəlilabad-Uzuntəpə yolunun kənarındakı 200 mm-lik qaz kəmərinin üzərində 23 ədəd qaztənzimləyici şkaf qurulmuş, Cəlilabad şəhərində 2251 metr, Göytəpə şəhərində isə 243 metr yeni qaz kəməri çəkilmiş, korroziyaya uğramış 698 metr polad boru dəyişdirilmişdir. Həmçinin 28 kəndə təbii qaz verilişi bərpa edilmiş və 10 min ailə mavi yanacaqla təmin edilmişdir. Hazırda 8 kəndin qazlaşdırılması üçün tikinti işləri aparılır.
Rayonun pedaqoji kollektivləri dövlətin qayğısından ruhlanaraq təhsilin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin təlim-tərbiyəsinin yaxşılaşdırılmasına, hərtərəfli biliyə malik olan gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirmişlər. Son vaxtlar bütün məktəblərdə monitorinqlər aparılmış, pedaqoji kollektivlərdə əmək intizamı möhkəmləndirilmiş, şagirdlərin dərsə davamiyyətində ciddi dönüş yaradılmışdır.
İl ərzində rayonun 32 şagirdi idman, incəsənət, elm və təhsil sahələri üzrə nominasiyalarda iştirak edərək mükafata layiq yerlər tutmuşlar. Cəlilabad şəhər 8 N-li məktəb-liseyin IX sinif şagirdi Aygül Şahbazova Ümummilli lider Heydər Əliyevə həsr edilmiş respublika müsabiqəsində I dərəcəli, Günəşli kənd tam orta məktəbin IX sinif şagirdi Elgün Dadaşov tarix fənni üzrə respublika fənn olimpiyadasında IV dərəcəli diploma layiq görülmüşlər. Bundan başqa, 8 şagirdimiz zona mərhələsində 100 ballıq qiymətləndirmə sistemi üzrə 80-95 intervalında yüksək nəticələr göstərmişlər. Tədris ilinin sonunda IX və XI sinifləri bitirən bütün şagirdlər buraxılış imtahanlarında iştirak etmiş, IX sinif şagirlərinin 929-u, XI sinif şagirdlərinin isə 748-i bütün fənlərdən müsbət qiymət almışlar.
Bu il tam orta məktəbləri bitirmiş məzunların 278-i ali məktəbə qəbul olunmuşdur ki, onların da 9-u 500-dən, 8-i isə 600-dən çox bal toplamışdır. Diqqətəlayiq haldır ki, məzunlardan 14-ü Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 6-sı Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olunmuşdur. Şagirdlərə yüksək bilik verilməsində Cəlilabad şəhər 1, 2 və 8 N-li, Göytəpə şəhər 1 N-li, Sabirabad kənd 1 və 2 N-li, Ocaqlı kənd 1 və 2 N-li, Alar kənd 1 N-li və Babalı kənd tam orta məktəbləri xüsusilə fərqlənmişlər.
Müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi, dərs yükü normasının və əmək haqqının artırılması məqsədilə rayonun 2536 müəllimindən 2515-i (99,2 faiz) diaqnostik qiymətləndirmədə iştirak etmiş və onların 2470-i və ya 98,2 faizi sınaqdan uğurla çıxmışdır.
Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət
göstərdiyinə görə Cəlilabad şəhər 1 saylı məktəb-liseyin müəllimi Xalidə Əsgərova “Tərəqqi”x9d medalı ilə təltif edilmişdir.
Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialında 4 ixtisas üzrə 473 tələbə təhsil alır. 2014-2015-ci tədris ilində filialı bitirən 90 məzunun əksəriyyəti Təhsil Nazirliyinin test sınaqlarından uğurla keçərək işlə təmin edilmişdir. Filialın məzunları ümumtəhsil məktəblərində müəllim çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynamışlar.
Cəlilabad peşə liseyində və Cəlilabad peşə məktəbində şagirdlərin peşəyönümü və peşə vərdişlərinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüşdür. Keçən tədris ilində həmin məktəbləri müxtəlif peşələr üzrə bitirən 249 məzunun 147-si həqiqi hərbi xidmətə yola salınmış, 3-ü ali məktəbə qəbul olunmuş, 38-i isə ixtisasına uyğun işlə təmin edilmişdir. Bu sahədə Cəlilabad peşə liseyinin müsbət iş təcrübəsi xüsusi qeyd edilməlidir.
Hazırda rayon əhalisinə müalicə-diaqnostika mərkəzi, 5 şəhər və 3 kənd sahə xəstəxanası, 28 həkim tibb və 40 tibb məntəqəsi, habelə təcili tibbi yardım stansiyası xidmət göstərir. Profilaktik və əks-epidemik tədbirlərin vaxtında aparılması nəticəsində bir sıra infeksion xəstəliklər tamamilə ləğv edilmiş, digər qismi isə minimuma enmişdir. İl ərzində rayon mərkəzi xəstəxanası üzrə 15 həkim sertifikat almış, 16 həkim və 35 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmişdir.
Rayon müalicə-diaqnostika mərkəzində əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi nəticəsində əvvəlki ilə nisbətən keçən il poliklinika şöbəsinə müraciət edənlərin sayı 84,3 faiz, o cümlədən ilkin müraciət edənlərin sayı 5 dəfə, şüa-diaqnostika müayinələrinin sayı 39,9 faiz, endoskopik müayinələrin sayı 2,6 dəfə, kliniki-laboratoriya müayinələrinin sayı 36,8 faiz, stasionar şöbədə qəbul olunanların sayı 15,5 faiz, cərrahi əməliyyatların sayı isə 20,8 faiz artmışdır.
Rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, 2 musiqi məktəbi, 43 klub müəssisəsi, 64 kitabxana, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir. Rayon mədəniyyət və turizm şöbəsi əlamətdar günlərdə və bayramlarda kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir. Hazırda mərkəzləşmiş kitabxana sistemində 601893 nüsxə kitab, rayon tarix-diyarşünaslıq muzeyində
2123, rayon dövlət rəsm qalereyasında 137 eksponat, habelə rayon ərazisində 51 tarixi-mədəni abidə mühafizə olunur.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”x9dnın həyata keçirilməsi, Cəlilabad şəhərində Olimpiya İdman Kompleksinin, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin və Şahmat məktəbinin istifadəyə verilməsi, mərkəzi stadionun və Xatirə parkındakı idman meydançasının əsaslı təmir edilməsi gənclərin öz potensialını gerçəkləşdirməsinə, asudə vaxtlarını səmərəli keçirməsinə və idman yarışlarında uğurlar qazanmasına stimul olmuşdur.
2015-ci ildə gənclərə və idmana aid 61 tədbir keçirilmiş, həmin tədbirlərdə 8276 gənc və 1944 idmançı iştirak etmişdir. Bundan əlavə, 3 beynəlxalq turnirdə 10, 1 respublika çempionatında 2, 7 respublika birinciliyində 53, 6 respublika turnirində 114, 6 zona birinciliyində isə 236 idmançımız iştirak etmiş və layiqli yerlər tutmuşlar. Sərbəst güləş üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə Tural Əskərov qızıl medala layiq görülmüş, Bakı şəhərində keçirilən beynəlxalq turnirdə isə Röyal Ağamalıyev və Polşada keçirilən boks üzrə Avropa birinciliyində İsmayıl Hüseynov II yeri tutmuşlar.
Hesabat ilində siyasi partiyalar, ictimai təşkilatlar, dini qurumlar və milli azlıqlarla aparılan iş daim diqqət mərkəzində saxlanılmışdır. Hazırda rayonda 17 siyasi partiyanın rayon təşkilatı, 24 qeyri-hökumət təşkilatı, 100 məscid, 1 xristian və 1 yəhudi icması fəaliyyət göstərir. Məscidlərin 3-ü Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Rayonda dini icmalara hərtərəfli qayğı göstərilir və insanların dini ayinləri yerinə yetirmələrinə heç bir maneçilik törədilmir.
Rayon icra hakimiyyəti ideoloji işin səmərəsini artırmaq və ictimaiyyətlə hakimiyyət arasında birliyi təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə etmişdir. Son vaxtlar mərkəzdə mühüm ictimai-siyasi tədbirlərin keçirilməsi ənənə halını almış, onların sistemliyinin təmin olunmasına və əhalinin bütün təbəqələrinin cəlb edilməsinə diqqət artırılmışdır. Azərbaycan xalqının Ümummilli liderinin irsinin öyrənilməsi və tədqiq olunması üçün yaradılmış tədqiqat qrupu davamlı olaraq Mərkəzi yeni eksponatlarla zənginləşdirir. Hazırda Mərkəzdə 310 eksponat mühafizə olunur.
Rayon icra hakimiyyətinin orqanı olan “Yeni gün”x9d qəzeti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin və bu siyasətin rayonun sosial-iqtisadi inkişafına verdiyi bəhrələrin dolğun şəkildə işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğ edilməsində mühüm rol oynamışdır.
Hesabat ilində vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına və hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilmişdir. İnzibati ərazi dairələri üzrə
nümayəndəliklərin və bələdiyyələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə fəaliyyət göstərməsi, Böyük Vətən və Qarabağ müharibələri veteranlarının orta məktəb şagirdləri ilə görüşlərinin keçirilməsi, valideynlərlə fərdi söhbətlərin aparılması Ordu sıralarına çağırışa müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, 2015-ci ildə 1227 nəfər həqiqi hərbi xidmətə göndərilmiş, proqnoz tapşırığa artıqlaması ilə əməl olunmuşdur.
2015-ci ildə rayon icra hakimiyyəti ilə hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində kriminogen vəziyyət daim nəzarətdə saxlanılmış, ictimai təhlükəsizlik təmin olunmuş, qanun pozuntularına və cinayətkarlığa qarşı davamlı mübarizə aparılmışdır. İl ərzində 323 cinayət hadisəsi qeydə alınmışdır ki, onların da 305-i və ya 92,3 faizi açılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 45 cinayət faktı aşkar edilmiş və 29,8 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmışdır.
Ölkə başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə aparılması rayonumuzda da yüksək razılıq hissilə
qarşılanır və yekdilliklə dəstəklənir. Bu məsələyə dair ardıcıl qərarların qəbul edilməsi, sistem xarakterli tədbirlərin keçirilməsi və elektron xidmətinin inkişafı cəmiyyətdə ciddi dönüşün yaranması ilə nəticələnmişdir. Xüsusən ölkə rəhbərinin siyasi iradəsinin təzahürü olan “ASAN xidmət”x9din yaranması ölkənin innovasiyalara hazır olduğunu bir daha təsdiqləyir. Qeyd etməliyəm ki, səyyar “ASAN xidmət”x9d oktyabrın 15-dən noyabrın 1-dək rayonumuzda da fəaliyyət göstərmiş, müxtəlif xarakterli sənədlər qısa müddət ərzində vətəndaşlara təqdim olunmuş, əlavə vaxt itkisinin və bəzi neqativ halların qarşısı alınmışdır.
Rayonun 35 bələdiyyəsi 2015-ci ildə də abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmişlər. “Bir bələdiyyə-azı bir layihə”x9d təşəbbüsü çərçivəsində bir sıra sosial təyinatlı obyektlər tikilmiş, kənddaxili yollar təmir edilmiş, imkansız ailələrə maddi kömək göstərilmişdir. Rayon bələdiyyələri əlaqələndirmə şurası bələdiyyələrin fəaliyyətini düzgün istiqamətləndirmiş, onların mülkiyyətindəki əmlak və torpaqlardan təyinatı üzrə istifadə olunmasına ciddi nəzarət etmişdir.
Rayon icra hakimiyyəti 2015-ci ildə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, onların müəyyən olunmuş qrafik əsasında qəbul edilməsinə və qaldırdıqları problemlərin həll olunmasına xüsusi diqqət yetirmişdir.
Aparatda qəbul günlərinə dair cədvəl yerli qəzetdə dərc olunmuş, rayon icra hakimiyyətinin saytında yerləşdirilmiş və inzibati binanın birinci mərtəbəsində asılmışdır. Həmçinin inzibati binada poçt qutusu qoyulmuşdur.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri rayon icra hakimiyyəti başçısının aparatı yanında Şura iclaslarında, müşavirələrdə və yığıncaqlarda 31 dəfə, o cümlədən Şura iclaslarında 12 dəfə müzakirə edilmişdir.
“Vətəndaşların müraciətləri haqqında”x9d Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixliu 1308-IVQ nömrəli Qanununun icrası ilə əlaqədar rayon icra hakimiyyəti başçısının 2015-ci il 19 noyabr tarixli 173 nömrəli sərəncamı ilə tədbirlər planı təsdiq olunmuş, tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatı işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə 2 dəfə seminar-müşavirə keçirilmiş, Qanunun müddəaları seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırılmış və onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
2015-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına 1120 müraciət daxil olmuşdur ki, onun da 808-i və ya 72,1 faizi ərizə, 312-ci və ya 27,9 faizi şikayətdir. Müraciətlərin 550-si və ya 49,1 faizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, 56-sı və ya 5,0 faizi Milli Məclis, 25-i və ya 2,2 faizi Nazirlər Kabineti, 177-si və ya 15,8 faizi respublikanın digər qurumları, 312-si və ya 27,9 faizi bilavasitə vətəndaşlar tərəfindən göndərilmişdir. 2014-cü ilə nisbətən 2015-ci ildə ümumi müraciətlər 117, o cümlədən Milli Məclisdən daxil olan müraciətlər 10, Nazirlər Kabinetindən daxil olan müraciətlər 3, digər qurumlardan daxil olan müraciətlər 34, vətəndaşlardan bilavasitə daxil olan müraciətlər isə 86 ədəd azalmışdır.
Müraciətlərin 1066-sı (95,2 faiz) nəzarətə alınmaqla baxılmış, 585-i (52,2 faiz) müsbət həll olunmuş, 24-ü (2,1 faiz) qismən həll edilmiş, 388-i (34,6 faiz) barədə müvafiq izahat verilmiş, 16-sı (1,4 faiz) isə əsassız sayılmışdır. Hazırda 37 (3,4 faiz) müraciət icradadır, 70 (6,3 faiz) müraciət isə aidiyyəti üzrə göndərilmişdir. Aparata daxil olan bütün müraciətlər həmin gün qeydiyyata alınmış, icraya yönəldilmiş, onların dinamikasının və mövzularının öyrənilməsi, qaldırılan problemlərin həll olunması daim ciddi nəzarətdə saxlanılmışdır. Bir qayda olaraq müraciət edən bütün vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir. İcra müddəti pozulmaqla baxılan müraciətlər olmamışdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına müvafiq olaraq 2015-ci il aprelin 9-dan rayon icra hakimiyyəti başçısının apatarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi fəaliyyətə başlamışdır. Bu müddət ərzində 811 müraciət vahid elektron informasiya sistemində qeydə alınmışdır. İnformasiya sisteminin təşkili, istifadəsi və təhlükəsizliyi, daxil olan məlumatların dəqiqliyi, tamlığı və etibarlılığı təmin edilmişdir.
2015-ci ildə rayon icra hakimiyyətinin başçısı, başçının müavinləri və aparatın şöbə müdirləri tərəfindən 815 vətəndaş qəbul edilmişdir. Başçının qəbul
etdiyi 491 vətəndaşın 204-ü (41,5%) qəbul cədvəlinə uyğun olaraq aparatda, 287-si (58,5%) isə səyyar qəbul-görüşlər zamanı yerlərdə müraciət edənlərdir. Qəbullarda hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak etmiş, müraciətlərin icrası aidiyyəti üzrə birbaşa onlara tapşırılmışdır. Müraciətlərin əksəriyyəti dərhal həll olunmuş, həlli mümkün olmayan problemlər barədə vətəndaşlara müvafiq izahatlar verilmiş, rayonun imkanı xaricində olan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi məktub göndərilmişdir.
Həm rəsmi, həm də şifahi müraciətlərin əsas hissəsini aztəminatlı ailələrə birdəfəlik maddi yardım göstərilməsi, ünvanlı sosial yardımın təyin edilməsi, əmək qabiliyyətli əhalinin işlə təmin olunması, ehtiyacı olanlara mənzil verilməsi, torpaq mübahisələri, sahibkarlıq obyektlərinin tikintisi üçün icazənin verilməsi, ailə və məişət məsələləri təşkil edir. İl ərzində 35 kəndin qazlaşdırılması və abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi nəticəsində enerji və istilik təchizatı məsələləri ilə bağlı müraciətlərin sayı xeyli azalmışdır.
2015-ci ildə rayon icra hakimiyyətinin iş stil və metodları daha da təkmilləşdirilmiş, aparatın və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iş planları əsasında çevik fəaliyyət göstərməsi təmin edilmişdir. İl ərzindərayon icra hakimiyyəti başçısının yanında Şuranın 29 iclası keçirilmiş və həmin iclaslarda 56 məsələ müzakirə edilmişdir. İclaslarda görülən işlər hərtərəfli təhlil olunmuş, nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyənləşdirilmiş və tövsiyə xarakterli qərarlar qəbul edilmişdir. Həmin qərarlar nəzarətə götürülərək aidiyyəti üzrə müəssisə və təşkilatlara göndərilmiş, onların icrasına dəqiq nəzarət sistemi qurulmuşdur.
Rayon icra hakimiyyəti başçısının 35 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”x9ddə nəzərdə tutulan səlahiyyətləri daxilində fəaliyyət göstərmiş, rayonun sosial-iqtisadi inkişafında və ictmai-siyasi tədbirlərin təşkilində mühüm rol oynamışlar.
2015-ci ilin yekunları ilə bağlı nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında deyilən tənqidi qeydlər və irəli sürülən təkliflər ilboyu nəzarətə götürülmüş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Kəndlərə elektrik enerjisinin məhdudiyyətsiz verilməsi, yararsız transformatorların , naqillərin və dirəklərin dəyişdirilməsi, kənddaxili yolların təmir edilməsi, bəzi təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi, kəndlərin qazlaşdırılması və digər məsələlər barədə yığıncaqlarda səslənən təkliflər ümumiləşdirilmiş, tədbirlər planı hazırlanmış, aidiyyəti təşkilatlara göndərilmiş və onların icrasına müntəzəm nəzarət edilmişdir.
Rayon icra hakimiyyəti “Dövlət qulluğu haqqında”x9d Qanuna uyğun olaraq kadrlarla işin təkmilləşdirilməsinə, kadrların ehtiyat bazasının yaradılmasına və onlardan istifadə edilməsinə xüsusi önəm vermişdir. Kadrların
seçilməsi və yerləşdirilməsi zamanı gənclərə daha çox üstünlük verilmiş, onların bacarığı, təcrübəsi, əhali arasında nüfuzu əsas götürülmüşdür. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların siyahısı təsdiq olunmuşdur. Keçən il dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Ağadadaş Abbasov «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Rayon icra hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə sənədlərlə işin yaxşılaşdırılması və kargüzarlığın nümunəvi təşkili üçün əməli tədbirlər görülmüş, işçilərin peşəkarlığı və məsuliyyəti artırılmışdır. Həm aparatda, həm də nümayəndəliklərdə formalaşmış sənədlər “Dövlət arxiv fondu haqqında”x9d Qanunun tələblərinə müvafiq olaraq rayon dövlət arxivinə təhvil verilmiş, saxlanılan sənədlər isə nomenklatura əsasında sistemləşdirilmişdir.
2015-ci ili dəyərləndirən mühüm hadisələrdən biri də noyabrın 1-də Milli Məclisə seçkilərin keçirilməsidir. Həmişə olduğu kimi bu dəfə də cəlilabadlılar seçkilərdə yüksək fəallıq nümayiş etdirmiş, seçicilərin 55,6 faizi seçkilərə qatılmış, əvvəlki parlamentdə rayonumuzu ləyaqətlə təmsil edən Malik Həsənova, Mirkazım Kazımova və Fəzail İbrahimliyə yenidən etimad göstərmişlər. Seçkiləri müşahidə edən yerli və beynəlxalq təşkilatların nümayəndələri seçkilərin yüksək mütəşəkkilliklə, demokratik və şəffaf keçdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini etiraf etmişlər. Seçkilərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, elektoratın fəallığı artmış və onlar konstitusion huquqlarından istifadə edərək siyasi plüralizm şəraitində öz iradələrini sərbəst ifadə etmişlər. Təsadüfi deyil ki, seçicilərin səsvermədə iştirak göstəricisi əvvəlki parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz yüksək olmuşdur. Bu fakt ilk növbədə ölkədə siyasi hakimiyyətin davamlı və sabit olmasına dəlalət edir, həm vətəndaş şüurluluğunu, həm də əhalinin siyasi və hüquqi mədəniyyətini nümayiş etdirir. Azərbaycan xalqı parlamentdə yerlərin əksəriyyətini qazanmış hakim Yeni Azərbaycan Partiyasına səs verməklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti yekdilliklə dəstəkləmişdir.
Ðx90zərbаycаn Rеspublikаsı Prеzidеnti Ðx90dministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin, yeni yaradılan infrastrukturun təqdirəlayiq olduğunu vurğulayaraq bunların ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin parlaq nümunəsi olduğunu bildirdi. Natiq qeyd etdi ki, dünyada gedən iqtisadi böhranın təsiri post-neft dövrünü irəliyə çəkməklə müəyyən çətinliklər yaratsa da, cənab Prezidentin anti-böhran tədbirləri bu çətinlikləri lokallaşdırdığından ölkə vətəndaşları bu çətinliklərdən əziyyət çəkmirlər. Maaş və müavinətlərin artırılması, manatın məzənnəsinin sabit saxlanması, un və çörək məmulatlarının qiymətlərinin sabit saxlanması istiqamətində görülən tədbirlərin xalqın rifah halının yaxşılaşmasına xidmət etdiyini və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirən natiq qarşıda duran vəzifələrlə bağlı bir sıra tövsiyələrini də yığıncaq iştirakçılarına çatdırdı.



































































































