Azərbaycandan Türkiyəyə növbəti yardım GÖNDƏRİLDİ

Azərbaycandan Türkiyəyə növbəti yardım GÖNDƏRİLDİ

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə növbəti yardım GÖNDƏRİLDİ

122110

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Sumqayıtdan növbəti dəfə qardaş ölkəyə yardım göndərilib.

Şəhərdəki "Kimyaçılar" sarayının qarşısından hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan növbəti 6 ədəd modul tipli evlər və 91 min Azn dəyərində olan zəruri humanitar yardım Türkiyəyə yola salınıb.

Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edilib ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər.
Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO