“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Aqil Abbas

“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Aqil Abbas

Hazırda oxunan: “Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Aqil Abbas

12211

"Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan 20 min kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən birə hər şeyi həll etmək mümkündürmü?".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas səsləndirib.

 

MÖVZU İLƏ BAĞLI:

Aqil Abbas rus sülhməramlılarına etiraz etdi: “Niyə mən...”


O, qeyd edib ki, Laçın dəhlizi bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq:

“Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz fəaliyyət göstərəcək və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı da yazır".

"Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, bura da belə gəlib-gedə biləcəklər".

"Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO