Rəşad Nəbiyev pakistanlı nazirlərlə tranzit daşımaların həyata keçirilməsini MÜZAKİRƏ ETDİ

Rəşad Nəbiyev pakistanlı nazirlərlə tranzit daşımaların həyata keçirilməsini MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Rəşad Nəbiyev pakistanlı nazirlərlə tranzit daşımaların həyata keçirilməsini MÜZAKİRƏ ETDİ

121987

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. 

İki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımaların artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO