AzTV-də İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq - VİDEO

AzTV-də İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq - VİDEO

Hazırda oxunan: AzTV-də İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq - VİDEO

121974

Azərbaycan Televiziyası Qərbi Azərbaycandan yeni görüntülər əldə edib. 

Bizim.Media-ya QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İrəvandakı qədim Azərbaycan məhəlləsi olan Təpəbaşı, qala divarlarının sonuncu qalıqları, Zəngi çayı üzərindəki körpü və digər yerlərdən eksklüziv kadrlar “AzTV Xəbər”də nümayiş olunacaq. 

Azərbaycanlıların İrəvandan deportasiya olunmasından sonra ermənilər oradakı Azərbaycan irsinin məqsədli şəkildə silinməsi üçün hər cür yola əl atırlar.

Həmin ərazidə tarixi abidələrin, evlərin, ümumiyyətlə, həmin ərazidə azərbaycanlılara məxsus hər bir detalın ermənilər tərəfdən məhv edilməsi “AzTV Xəbər”in axşam buraxılışında eksklüziv olaraq göstəriləcək. 
Erməni vandallığının iç üzünü aşkara çıxaracaq kadrları bu gün axşam saat 20:00-da “AzTV Xəbər”in axşam buraxılışında izləyə bilərsiniz. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO