FHN: “Şahdağ” Milli Parkındakı yanğın MƏHDUDLAŞDIRILDI – FOTO/YENİLƏNİB 

FHN: “Şahdağ” Milli Parkındakı yanğın MƏHDUDLAŞDIRILDI – FOTO/YENİLƏNİB 

Hazırda oxunan: FHN: “Şahdağ” Milli Parkındakı yanğın MƏHDUDLAŞDIRILDI – FOTO/YENİLƏNİB 

121970

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Qurumdan qeyd olunub ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 17:31

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin yüksək dağlıq ərazisində bu gün axşam saatlarında baş verən yanğın Şahdağ Milli Parkının, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində söndürülüb.   

*** 17:49

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO