“Adil müəllimə təşəkkür edirəm...” – Nuridə Allahyarova işdən ayrılmasından danışdı – VİDEO 

“Adil müəllimə təşəkkür edirəm...” – Nuridə Allahyarova işdən ayrılmasından danışdı – VİDEO 

Hazırda oxunan: “Adil müəllimə təşəkkür edirəm...” – Nuridə Allahyarova işdən ayrılmasından danışdı – VİDEO 

121935

“Mən özüm ərizə ilə müraciət edərək işdən ayrılmaq istədiyimi bildirmişəm”.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmiş Nuridə Allahyarova deyib. 

O, vəzifəsindən azad olunması ilə bağlı sosial şəbəkə hesabından açıqlama verib.

“Adil müəllim (mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli – red.) təkidlə işdə qalmağımı istədi, bir aya yaxın düşünməyim üçün vaxt verdi. Haqqımda dediyi xoş sözlərə, fəaliyyətimə verdiyi qiymətə görə Adil müəllimə təşəkkür edirəm. İşdən ayrılmaqla bağlı qərarımı açıqlayanda başqa rəhbər şəxs olsaydı, “buyurun, qapı açıqdır. Mən sizi saxlamıram”, deyə bilərdi. Ümumiyyətlə, Adil Kərimli gəldiyi gündən heç kəsi komandadan uzaqlaşdırmayıb, əksinə, komanda ilə sıx işləyir.

Mədəniyyət sahəsindən olan insanların mənə olan müraciətləri tərəfimdən Adil müəllimə ünvanlanıb və o, heç zaman bu müraciətləri cavabsız qoymayıb.

Hamısının müsbət həllinə nail olub. Hətta bir dəfə mədəniyyət sahəsində çalışan bir incəsənət xadimimizin durumunu ona məruzə etdim. Adil müəllim özü şəxsən dərhal ona zəng etdi. Bu, məni çox sevindirdi. Çünki mədəniyyət, incəsənət sahəsində çalışanlar çox həssas insanlardır. Düşünürəm ki, Adil müəllim də belə insanların mənəvi dünyasını anlayan rəhbərlərdəndir”.

N.Allahyarova həmçinin qeyd edib ki, həmişə işdən ayrılmağına səbəb müəyyən şərtlərin dəyişməsi və onlarla razılaşmamağı olur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO