Zərifə Əliyeva adına parkdan skamyalar niyə GÖTÜRÜLÜB? – Rəsmi AÇIQLAMA 

Zərifə Əliyeva adına parkdan skamyalar niyə GÖTÜRÜLÜB? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Zərifə Əliyeva adına parkdan skamyalar niyə GÖTÜRÜLÜB? – Rəsmi AÇIQLAMA 

121909

Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkındakı skamyalar götürülüb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb. Videogörüntüdə parkdakı skamyaların hansı səbəbdən götürüldüyü qeyd olunmasa da, məsələ ciddi müzakirəyə səbəb olub. 

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik.

İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva Bizim.Media-ya açıqlamasında bildirdi ki, parkdan skamyaların götürülməsi müvəqqəti xarakter daşıyır:

“Sorğunuzla əlaqədar bildiririk ki, Binəqədi rayonu akademik Zərifə Əliyeva adına istirahət parkında yerləşən oturacaqlar adiyyəti qurum tərəfindən təmir məqsədilə ərazidən götürülüb.

Təmir işləri yekunlaşdıqdan sonra yerlərinə qaytarılacaq”, - deyə qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Ölkə başçısı İlham Əliyev akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO