Məktəb direktorları təyin ediləndə kollektivin RƏYİ - VACİBDİRMİ?

Məktəb direktorları təyin ediləndə kollektivin RƏYİ - VACİBDİRMİ?

Hazırda oxunan: Məktəb direktorları təyin ediləndə kollektivin RƏYİ - VACİBDİRMİ?

121906

Orta məktəblərə direktor təyinatı bildiyimiz kimi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə direktor olmaq istəyənlər test imtahanı verirlər. Bundan sonra isə test imtahanından keçənlər arasında müsahibə aparılır. Yalnız bundan sonra məktəblərə direktorlar təyin edilir. 

Maraqlıdır ki, şagird sayı 150-dən çox olan məktəblərə direktor təyinatı Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilsə də, həmin rəqəmdən az şagird olan məktəblərə təyinat isə Regional Təhsil İdarələri tərəfindən icra olunur. Bu fonda onların direktor təyinatı məsələsinə müəyyən dərəcədə öz maraqları prizmasından yanaşmayacaqlarına da təminat yoxdur. 

Son zamanlar bir sıra məktəblərə direktor təyinatı kollektin narazılığı ilə nəticələnib. Belə ki, bu günlərdə Zaqatala şəhər 3 saylı orta məktəbin kollektivi ora yeni direktor təyinatına etiraz ediblər. 
Bütün bunlar direktor təyinatı məsələsində müəyyən problemlərin olduğunu və mövcud qaydalarda bəzi dəyişikliklərə getməyin vacib olduğunu söyləməyə əsas verir. 

Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndinin fikrincə, direktor təyinatı üzrə müsahibə mərhələsinə kənar müdaxilələrin qarşısı birdəfəlik alınmalıdır:

“Məktəblərə direktor qəbulu birbaşa imtahan əsasında keçirilir. İndi tapşırıq, təyinat kimi məsələlər rol oynamır. Amma buna baxmayaraq, müəyyən dairələr yenə də köhnə üsullara əl atmağa çalışmaqla layiq olmadığı halda tapşırıqla tanışını, qohumunu direktor vəzifəsinə gətirir. Nəticədə bir sıra hallarda daha yaxşı nəticələrə malik namizədlər kənarda qalır. 

Ekspertə görə, bu problemin olmaması üçün prosesdə tam şəffaf sistem qurulmalıdır:

“Tam şəffaf sistemin qurulması üçün minimum 5-7 illik iş təcrübəsi nəzərə alınmalıdır. Yaş məsələsi də burada nəzərə alınmalıdır. Məsələn, 28-30 yaşdan yuxarı şəxslər bu vəzifəni tuta bilərlər. Digər tərəfdən, kişi müəllimlərin direktor olmasına daha geniş önəm verilməlidir. İndiki halda isə kişi direktorlara təsadüfi hallarda rast gəlmək olar. Xüsusən də müsahibə mərhələsinə kənar təsirlərin müdaxiləsinin qarşısı birdəfəlik alınmalıdır. Elm və Təhsil Nazirliyi tərəfindən elə kommisiya formalaşmalıdır ki, onun üzvləri konkret obyektiv qiymətləndirməyə üstünlük versin, kimlərsə onlara təsir edə bilməsin.   

Hazırda çalışan məktəb direktorlarının müəyyən hissəsi hansısa yüksək rütbəli məmurların yaxınları, tanışları və ətrafıdır. Bunun qarşısını almaq üçün də tam şəffaf sistem qurulmalıdır.

Hansı ki, bu sistem də imtahan prosesinə müdaxiləyə imkan verməməli, imtahan və müsahibə mərhələsinin tam obyektiv keçirilməsini təmin etməlidir. Hazırda 900-ə yaxın məktəb direktor olmadan fəaliyyət göstərir. Həmin vakant vəzifəyə gətiriləcək şəxslər müvafiq pedoqoji təcrübəyə sahib olmalıdır. Minimum olaraq onun 5-7 illik pedoqoji fəaliyyəti olmalı, təhsil alan və təhsil verənlərlə işləməyi bacaran şəxs olmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO