Hansı İcra Hakimiyyəti başçıları qohumdur? - SİYAHI

Hansı İcra Hakimiyyəti başçıları qohumdur? - SİYAHI

Hazırda oxunan: Hansı İcra Hakimiyyəti başçıları qohumdur? - SİYAHI

121885

Heç kimə sirr deyil ki, ölkəmizdə dövlət idarəçiliyində çalışan insanlar arasında qohumluq əlaqələri olan şəxslər yetərincədi və bu tendensiya getdikcə daha da genişlənir. 

Bizim.Media İcra Hakimiyyəti başçıları arasında yaxın qohumluq əlaqələri olan şəxslərin siyahısını təqdim edir.  

1. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə yaxın qohumdu, xalaoğludur.

2. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovin kürəkəni Anar Tağıyev Yevlax rayon İcra Hakimiyyətinin başçısıdır.

3. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovla qohumdur. Eyni zamanda, onlar hər ikisi eyni kənddəndir.

4. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla qohumdur.

5. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərov eyni rayondan olmaqla yanaşı həm də yaxın qohumluq əlaqələrinə malikdilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO